<!--#
Qeyd : Server tərəfə aid olanlar (SSI - Server Side Includes) HTTP serverləri üçün spesifikdir . Bu mövzuda daha geniş məlumatı siz http://www.questar.com səhifəsindən əldə edə bilərsiniz .
SSI aşağıdakılardan istifadə etmək imkanı verir :
'echo' | HTML sənədinə hər-hansı bir dəyişən əlavə etmək imkanı verir |
'include' | HTML sənədinə fayl əlavə etmək imkanı verir |
'fsize' | HTML sənədində faylın ölçüsündən istifadə etmək imkanı verir |
'flastmod' | HTML sənədinə faylların sonuncu dəyişilmə tarixini daxil etməyə imkan verir |
'exec' | Yerinə yetirilə bilən faylı açı |
'config' | Hər-hansı bir xassəni başqa SSI teqləri üçün də keçərli edir |
'odbc' | Xarici ODBC bazalarının sorğulanması və yenilənməsi imkanını daxil edir |
'email' | Səhifə açılanda və yaxud forma göndəriləndə e-mail göndərir |
'if' | Başqa SSI teqlərinin şərti yerinə-yetirilməsinə və məntiqi müqayisələrə əsaslanaraq sənədin çap edilməsinə imkan verir |
'goto' | əvvəlcədən təyin olunmuş SSI 'label'-ni "hoppandırır" |
'label' | 'goto' -ya ünvan verir |
'break' | Hər-hansı bir nöqtədə HTML sənədini qurtarır |
'echo'
'echo' teqi HTML sənədinə hər-hansı bir dəyişən əlavə etmək imkanı verir . Məsələn :
Siz <!--#echo var="HTTP_USER_AGENT" --> brauzerindən istifadə edirsiniz
Yuxarıdakı yazılış aşağıdakı kimi görünəcək (Bu nümunə Internet Explorer 3.0 üçün keçərlidir) :
Siz Mozilla/2.0 (compatible; MSIE 3.0A; Windows 95) brauzerindən istifadə edirsiniz
'include'
'include' teqi HTML-ə aid olan ən məşhur suallardan birinə cavab verməyə imkan verir . HTML sənədinə konkret olaraq necə fayl əlavə etmək olar ?
HTML sənədinə aşağıdakı yazılış vasitəsilə /includes/page.htm faylını əlavə etmək olar :
<!--#include virtual="/includes/page.htm"-->
'email'
'email' teqi səhifə açılanda və yaxud forma göndəriləndə e-mail göndərir .
Nümunə :
<!--#email tohost="htmlib.com" message="HTMLib-ə görə sağ olun" toaddress="response@htmlib.com" subject="HTMLib" -->
Bu cür yazılış 'message' atributundakı yazını 'toaddress' atributundakı ünvana göndərəcək .
Göründüyü kimi SSI teqlərinin imkanları genişdir və CGI skriptləri tələb edən bir çox sadə işləri görməyə kömək edir .