Menu

Daxil olun Qeydiyyat

<A>

<A> elementi HTML dilinin mahiyyətini təşkil edir. Bu element bəzi atributları qəbul edir, amma NAME və HREF atributlarını tələb edir . <A...> elementinin atributları :
    HREF
    Əgər HREF elementi iştirak edirsə , onda <A...>...</A> elementi arasındakı mətn hipertekst olur . Əgər bu hipertekst istifadəçi tərəfindən seçilərsə , onda bu hipertekst uyğun dokumenti çağıracaq .
    Nümunə : 
HTMLib - dəki məlumatı yeniləmək üçün 
HTML - in saytına bax .
    Bu nümunədə istifadəçi "HTML - in saytı"-nı seçdikdə http://subnet.virtual-pc.com/~le387818/ dokumenti açılacaq ( hansı ki , HTMLib - in web saytıdır ).
    HREF elementi ilə eyni dokumentdə müxtəlif ünvanlara istiqamətlənmiş hipertekstlər yerləşdirmək olar . 
    HREF atributunun aşağıdakı formaları brauzer tərəfindən dəstəklənir :
<A HREF="http://...">         Digər dokumentə müraciəti təmin edir . 
<A HREF="ftp://...">           FTP saytına müraciət edir . 
<A HREF="gopher://...">     Gopher serveri ilə əlaqə yaradır . 
<A HREF="mailto:...">         Dokumentin müəllifinə yaxud da istənilən 
şəxsə məktub göndərməyi təmin edir . NCSA Mosaic mailto ilə birlikdə TITLE 
atributunun işlənməsini dəstəkləyir . Bu atribut göndəriləcək məktuba başlıq vermək imkanı verir .
Netscape aşağıdakı yazılışı da dəstəkləyir :
<A HREF="mailto:info@firststeps.az subject=HTMLib cox maraqlıdır "> 
Əlaqə mətni 
</A>
    NAME
NAME atributu müraciətə adres vermək imkanı verir . Bu atribut hipertekst üçün 
identifikatordur . 
Identifikator seçimi sərbəstdir , amma bütün HTML dokumenti boyu yeganə olmalıdır . 
    Istifadə üçün nümunə :
<A NAME="coffee"> Kofe ş.Amerikada bitən bitkilərdən biridir ...
Buna misal <A HREF="#coffee"> Kofedir </A>
Başqa dokumentdən müraciət etmək üçün əvvəlcə yazını yerləşdiyi adres ,
sonra isə "#coffee" yazılır :
<A NAME="drinks.html#coffee">
    
TARGET
    Indi artıq brauzerin pəncərələrinin adları ola bilər . Hər hansı bir pəncərədən
başqa bir pəncərəyə name atributu vasitəsilə müraciət etmək olar . Hipertekst 
aktivləşdirildiyi halda çağırılan dokument adlandırılmış pəncərədə açılacaq . 
Bu atribut Internet Explorer və Netscape tərəfindən dəstəklənir . Title atributunun
yazılışı aşağıdakı kimidir :
< A HREF="url.htm TARGET="pəncərənin_adı"> Hipertekst </A>


Bizi dəstəkləyənlər