<BGSOUND ... >
Qeyd: Hal-hazırda HTML səhifəsinə səs əlavə etmək üçün iki elementdən istifadə olunur . Birincisi BGSOUND , bu element yalnız Internet Explorer tərəfindən dəstəklənir . Ikincisi isə SOUND , hansını ki , NCSA Mosaic dəstəkləyir . Mosaic Microsoftun məhdut imkanlı BGSOUND elementini dəstəkləmir.
BGSOUND teqi daha geniş imkanlara malik olub nümunə səslərdən ( .WAV yaxud .AU formatlı ) istifadə etmək imkanı verməklə yanaşı MIDI ( .MID formatlı ) fayllardan da istifadə imkanı verir .
BGSOUND elementinin SRC və LOOP kimi atributları var .
SRC
Səsləndiriləcək səs faylının adresi bu atributla müəyyən edilir .
LOOP
Bu atribut səsin neçə dəfə dövr edəcəyini tə'yin edir . Əgər n=-1 və yaxud da LOOP=INFINITE olarsa , onda səs faylı qeyri müəyyən sayda dövr edəcək .
Nümunələr :
<BGSOUND SRC="boing.wav">
Internet Explorer boing.wav faylını yükləyən zaman bu fayl səslənəcək .
<BGSOUND SRC="boing.wav" LOOP=INFINITE>
boing.wav faylı baюqa səhifə yüklənənə kimi oxumağa davam edəcək .
NCSA Mosaic səs fayllarını səsləndirmək üçün istifadə olunan SOUND elementini dəstəkləyir . Bu element *.WAV fayllarını da oxudur .
QEYD : SOUND elementi yalnız Mosaic tərəfindən dəstəklənir . SOUND elementinin yazılıюı aюağıdakı kimidir :
<SOUND SRC="faylınadı.wav">
Mosaicin müəllifləri ümüd etsələr də bu element HTML iюçi qrup tərəfindən dəstəklənmir . HTML müəllifi səsə DELAY atributunun köməyi ilə x saniyə ləngimə də verə bilər .
SOUND elementinin atributları aюağıdakılardır :
LOOP=infinite və DELAY=san.
Nümunələr :
<SOUND SRC="*.wav" LOOP=infinite>
<SOUND SRC="*.wav" DELAY=10>
QEYD:Baxmayaraq ki , Mosaic BGSOUND elementini dəstəkləyəcək o , *.MID formatlı faylları səsləndirməyəcək . Bunun üçün o , xarici teqdən istifadə edəcək . Baxmayaraq ki , o , *.WAV formatlı faylları BGSOUND elementinin köməyi ilə səsləndirəcək . Netscape dokumentdə səsləri <EMBED> teqinin köməyilə səsləndirir .