Menu

Daxil olun Qeydiyyat

HTML Lib

<BODY>

<BODY>

ALINK...
BACKGROUND..
BGCOLOR....... 
LEFTMARGIN .......
TOPMARGIN .......
TEXT.........


    HTML dokumentinin bədəni səhifədə olan bütün mətn və şəkillərdən ibarətdir. Bütün HTML elementləri ilə birlikdə o, səhifə üzərində nəzarət və formatlamanı təmin edir. Formatlama dedikdə aşağıdakı başa düşülür :
<BODY>
Burada mətn olur </BODY>
   <BODY...> elementin müəyyən atributları ilə dokumentin rəng sistemini və arxa fonunu təyin etmək olar . Bununla belə qeyd etmək lazımdır ki , bir çox brauzerlər istifadəçiləri rəng sistemi ilə təmin edir . 

   ALINK ,LINK və VLINK 
   HTML dokumentindəki mətn linklərinə rəng verməyi təmin edir . VLINK baş çəkilmiş linklər üçün və ALINK aktiv linklər üçündür . Susmaya görə : LINK = göy (#0000FF) , VLINK = bənövşəyi (#400040) və ALINK = qırmızı (#FF0000) olur . Bu atributların da yazılışı BGCOLOR və TEXT atributlarındakı kimidir .
    <BODY LINK="#rrggbb" VLINK="#rrggbb" ALINK="#rrggbb" > Dokument buradadır </BODY>
   
 BACKGROUND atributunun köməyi ilə hər-hansı bir şəkil faylını brauzerin pəncərəsində yerləşdirmək olar . Nümunə :
<BODY BACKGROUND="URL və ya yol/faylıadı.gif">
Dokument burada yazılır 
</BODY>
Yuxarıdakı yazılış şəkil faylının (faylınadı.gif) brazerin pəncərəsini tam əhatələməsi üçün hissələrə bölünməsinə səbəb olacaq .
Internet Explorer HTML dokumentinə suişarəsi vermək imkanı verir . Bu o deməkdir ki , arxa fona qoyulmuş hər-hansı bir şəkil səhifə yuxarı - aşağı tərpədilərkən sabit qalır və yalnız yazılar tərpənir . Buna BGPROPERTIES=FIXED yazılışı ilə asandlıqla nail olmaq olar .
<BODY BACKGROUND="filename.gif" BGPROPERTIES="FIXED">
   QEYD: Bu atribut Internet Explorer tərəfindən dəstəklənir . 

    BGCOLOR atributu dokumentin fonuna rəng verməyə imkan verir :
<BODY BGCOLOR="#rrggbb"> Dokument buradadır </BODY>
   Haradakı "#rrggbb" 16-lıq say sistemində olan qırmızı-yaşıl-göy rənglərinin qatışığıdır .
    Dkumentin arxa fonu üçün şəkil və ya rəngdən istifadə olunursa dokumentin həsas dəqiq şəkildə gözəlliyini təmin etmək lazımdır . 

   LEFTMARGIN atributu :
    Internet Explorerin bu atributu dokumentin solundan boşluq qoymaq üçün istifadə edilir . Nümunə : 
   <BODY LEFTMARGIN="60"> Bu mətn dokumentin solundan 60 piksel məsafədə yazılacaq .</BODY>
   TOPMARGIN atributu :
Internet Explorerin bu atributu dokumentin yuxarısıdan boşluq qoymaq üçün istifadə edilir . Nümunə : 

   <BODY TOPMARGIN="60"> Bu mətn dokumentin yuxarısından 60 piksel məsafədə yazılacaq .</BODY>
   QEYD: Bu iki atributun hər ikisinə 0 mənimsətmək olar . Bu zaman dokumentin yuxarı və aşağısından boşluq buraxılmayacaq . 

   TEXT atributu : 
    Bu atribut dokumentin mətninə rəng vermək üçün imkan verir . TEXT - in formatı BGCOLOR - un formatına bənzərdir . 
<BODY TEXT="#rrggbb"> Dokument buradadır </BODY> 
Istədiyiniz rengi secmək üçün 
Rənglər


Bizi dəstəkləyənlər