Menu

Daxil olun Qeydiyyat

HTML Lib

<FRAME>

<FRAME>

Bu teq pəncərələr sistemində bir pəncərəni təyin etmək üçün işlədilir . FRAME teqinin 6 mümkün atributu var . Onlar aşağıdakılardır : SRC, NAME, MARGINWIDTH, MARGINHEIGHT, SCROLLING, and NORESIZE . Bu teqin bağlanan teqi yoxdur .
   SRC="url"
SRC atributu öz qiyməti kimi müəyyən olunmuş pəncərədə əks olunacaq sənədin URL-ni saxlayır . Bu atributu təyin olunmamış pəncərə boş pəncərə kimi görünəcək .
   NAME="pəncərənin adı"
NAME atributu pəncərəyə ad qoymaq üçün işlədilir . Bu ad vasitəsilə başqa pəncərələrdəki linklərdən lazımi pəncərəyə müraciət etmək olar . NAME atributu istifadəçi tərəfindən təyin olunduğuna üçün susmaya görə bütün pəncərələr adsız olur .    Pəncərə adları mətn simvolu ilə başlamalıdır . Bununla belə bəzi pəncərə adları əvvəlcədən təyin olunub və brauzerlər tərəfindən xüsusi mənası ilə dəstəklənir . Bu əvvəlcədən təyin olunmuş pəncərə adları aşağıdan çəkilmiş xətlə başlayır .
   Onlar aşağıdakılardır :
   _blank    Bu linki həmişə yeni adsız pəncərəyə yüklə .
   _self       Bu linki həmişə linkin özünün yerləşdiyi pəncərədə aç .
  _parent    Bu linki həmişə linkin özünün yerləşdiyi pəncərənin sələfinin üzərində aç . 
                  ( əgər sələf yoxdursa özünün yerləşdiyi pəncərədə açır ) . 
  _top        Bu linki həmişə yuxarı səviyyədə aç . 
                 ( əgər yuxarıdadırsa özünün yerləşdiyi pəncərədə açır ) 
    Qeyd: Baxmayaraq ki , bu adlar <FRAME> elementinin NAME atributunun əvvəlcədən tə'yin olunmuş adlarıdır onlar yalnız <A> elementi vasitəsilə çağırıla bilər . 
    SCROLLING="yes|no|auto" 
SCROLLING atributu pəncərənin aşağı-yuxarı , sağa-sola tərpədilmə imkanının olub olmayacağını təyin edir . əgər SCROLLING=Yes olarsa , onda istifadəçiyə bu imkan verilir , SCROLLING=No olduqda isə verilmir . SCROLLING=Auto olduqda isə bu imkanın lazım olub olmaması brauzerin öhtəliyinə verilir . Susmaya görə SCROLLING=Auto götürülür .
    NORESIZE
NORESIZE atributunun qiyməti yoxdur . Bu atribut pəncərənin istifadəçi tərəfindən tərpədilə bilib bilinməyəcəyini göstərir . Istifadəçi mausun ilə pəncərənin künnündən tutaraq onun ölçülərini dəyişdirə bilir . Nəzərə almaq lazımdır ki , əgər pəncərə ekranının küncünə yaxındırsa , onda bu pəncərənin ölçüləri dəyişməyəcək . Bu başqa pəncərələrin ölçüsünə təsir edəcək . Susmaya görə bütün pəncərələr ölçüsü dəyişilə bilən qəbul edilir .

    BORDERCOLOR
Netscape üçün xas olan bu atribut konkret olaraq hər-hansı bir pəncərənin sərhəddinə rəng vermək üçün istifadə edilir . Bu atribut <FRAMESET> teqi daxilində də işlədilə bilər . Bu halda bütövlükdə istifadəçinin brauzerində əks olunacaq pəncərənin sərhəddinə rəng verilir.


Bizi dəstəkləyənlər