Menu

Daxil olun Qeydiyyat

HTML Lib

<MAP>

<MAP>

USEMAP atributunun IMG elementi daxilində işlənməsi şəkilin klient tərəfə aid olan şəkil xəritəsi olduğunu göstərir . USEMAP atributu ISMAP atributu ilə birlikdə işləndikdə onu göstərir ki , şəkil ya klient tərəfə aid olan , ya da server tərəfə aid olan xəritə kimi işlədilə bilər . USEMAP atributunun qiyməti şəkillə istifadə ediləcək xəritə şəklinin ünvanını göstərir . Əgə USEMAP atributu '#' simvolu ilə başlayırsa , onda şəkil xəritəsi şəkillə eyni sənəddə olmalıdır . 
 

<IMG SRC="../images/image.gif" USEMAP="maps.html#map1">



   Bu yazılış "maps.html"-də yerləşən "map1"-i "image.gif"-in örtüyü kimi istifadə edəcək .
   Şəkilin müxtəlif aktiv hissələri MAP və AREA elementləri vasitəsilə təsvir olunur . Xəritə şəkildəki hər bir hissəni təsvir etməklə bərabər həmin hissənin aktivləşdirilməsi zamanı hansı sənədin çağrılacağını da göstərir . MAP elementinin əsas yazılış forması aşağıdakı kimidir :

   <MAP NAME="name">
   <AREA [SHAPE="shape"] COORDS="x,y,..." [HREF="reference"] [NOHREF]>
   </MAP>

  NAME xəritənin adını təyin edir . Bununla da o , <IMG USEMAP=...> elementi vasitəsilə çağrıla bilər . SHAPE hər-hansı bir sahəyə forma verir . Hal-hazırda "RECT","CIRCLE" və "POLY" formaları brauzerlər tərəfindən dəstəklənir .
  Qeyd: Mosaic yalnız RECT-i dəstəkləyir . 

  Əgər SHAPE-ə hər-hansı bir dəqiq qiymət verilməsə susmaya görə SHAPE=RECT götürülür . COORDS atributu şəklin piksellərini vahid kimi qəbul edərək formaya koordinat verir . Düzbucaqlı üçün (SHAPE="RECT) "left-x,top-y,right-x,bottom-y" formasında olur . Çevrə üçün (SHAPE="CIRCLE") "centre-x, centre-y, radius" və nəhayət çoxbucaqlı üçün (SHAPE="POLY") (qaydasız forma) , COORDS atributu çoxbucaqlının təpə nöqtələrinin koordinatları olan ("x1,y1,x2,y2,x3,y3... ") cütü vasitəsilə təyin edilir .

  NOHREF atributu bu regionda klik nəticəsində heç bir şeyin baş verməməsini göstərir . HREF atributu şəkilin hansı hissəsində klik hadisəsinin baş verəcəyini təyin edir. 

   Sonlu sayda AREA elementlərindən istifadə edilə bilər . Əgər iki sahə kəsişirsə , onda birinci gələn o birisinin üzərində yerləşir . 

<MAP> və <AREA> elementləri aşağıdakı atributları dəstəkləyir :

   CLASS="Stil cədvəlinin sinfinin adı"
   CLASS atributu <MAP> yaxud <AREA> elementlərinin hansı stil cədvəlindən istifadə etdiyini göstərir . Stil Cədvəlləri haqqında daha geniş məlumat .

   ID="Unikal element identifikatoru"
   ID atributu ya yeganə stil cədvəli identifikatoruna müraciət etmək , ya da <MAP> yaxud <AREA> elementlərindən birinə unikal ad vermək üçündür . ID atributları ilə birlikdə hər-hansı <MAP> yaxud <AREA> elementləri skript daxilindən ID atributuna müraciət etməklə çağrıla bilər .

   Nümunələr
   Aşağıdakı şəkillərin hamısı <MAP...> elementindən və USEMAP atributlarından istifadə edir .

dairəvi şəkil xəritəsi SHAPE="CIRCLE"-dan istifadə edən dairəvi şəkil xəritəsi
düzbucaqlı şəkil xəritəsi SHAPE="RECT"-dən istifadə edən düzbucaqlı şəkil xəritəsi
çoxbucaqlı şəkil xəritəsi SHAPE="POLY"-dən istifadə edən çoxbucaqlı şəkil xəritəsi



   QEYD: Yuxarıdakı nümunədə olan müraciətlər əslində mövcud deyil , onlar sadəcə olaraq bir nümunədirlər . Şəkil skript funksiyasını çağıran müraciət elementi ilə əhatə olunduqda , Netscape skript funksiyasını aktivləşdirəcək . Intenet Explorer isə şəkilin istənilən hissəsinə klik edildikdə skript funksiyasını aktivləşdirəcək .

   QEYD: Target atributundan <AREA> elementi daxilində də istifadə etmək olar . Bu atribut freymli sənədlərdə Klient tərəfə aid olan şəkil xəritələrindən istifadə imkanı verir .


Bizi dəstəkləyənlər