Menu

Daxil olun Qeydiyyat

HTML Lib

<MARQUEE>

<MARQUEE>

QEYD : Bu element demək olar ki , ancaq Intenet Explorer tərəfindən dəstəklənir . əgər siz məhz Netscapedə işləyəcək səhifə düzəldirsinizsə , onda MARQUEE elementinin əvəzinə siz JAVA appletlərindən , JavaScript skriptlərindən istifadə edə bilərsiniz .

   <MARQUEE> elementi vasitəsilə müəllif istifadəçi ekranında hərəkət edən mətn yerləşdirə bilər . 

   BEHAVIOR=SCROLL | SLIDE | ALTERNATE
   Bu atribut mətnin nəcə hərəkət edəcəyini göstərir . BEHAVIOR=SCROLL (susmaya görə qiyməti) olduqda mətn bir istiqamətdə hərəkət edir və ekrandan kənara çıxdıqdan sonra yeni başlanğıc nöqtəsində görünür . BEHAVIOR=SLIDE olduqda hərəkət edən mətn ekranda bir istiqamətdə hərəkət edir və ekranın sonuna çatdıqda mətn yox olur . BEHAVIOR=ALTERNATE olduqda hərəkət edən mətn ekranın bir tərəfinə dəyir və geri qayıdır . 

   BGCOLOR
   Istifadəçi ekranında hərəkət edən mətnin hərəkət etdiyi sahənin rəngini təyin edir .

   DIRECTION
   Mətnin hansı istiqamətdə hərəkət edəcəyini göstərir . Susmaya görə Direction=Left olur , yəni mətn sağdan sola hərəkət edir . Direction=Right olarsa , mətn soldan sağa hərəkət edər .Direction=Up olduqda mətn aşağıdan yuxarıya hərəkət edir .

   HEIGHT
   Hərəkət edən mətnin hündürlüyünü ya piksellərlə (HEIGHT=n), ya da faizlə (HEIGHT=n%) təyin edir .

   WIDTH
   Hərəkət edən mətnin uzunluğunu ya piksellərlə (WIDTH=n), ya da faizlə (WIDTH=n%) təyin edir .

   LOOP
   Istifadəçinin ekranında hərəkət edən mətnin neçə dəfə dövr edəcəyini göstərir . əgər LOOP=INFINITE olarsa , onda mətnin hərəkət dövr qeyri-müəyyən olacaq . 

   SCROLLDELAY
   Istifadəçinin ekranında hərəkət edən mətnin neçə millisaniyədən bir hərəkət edəcəyini təyin edir . Başqa sözlə desək hərəkət edən mətnin süətini göstərir .

Nümunələr :
   <MARQUEE>
  Bu mətn soldan sağa hərəkət edir .
   </MARQUEE>

   <MARQUEE BEHAVIOR=SLIDE>
   Bu mətn hərəkət edərək ekranın sonuna çatdıqda yox olur . 
   </MARQUEE>

   <MARQUEE HEIGHT=50% WIDTH=80%>
   Bu mətn ekranın yarısı qədər hündürlüyə və ekranın 80%-i qədər enə malikdir .
   </MARQUEE>

   <MARQUEE SCROLLDELAY=5 SCROLLAMOUNT=50>
   Bu çox böyük sürətlə hərəkət edən mətndir . 
   </MARQUEE>

   Hərəkət edən mətnə Stil Cədvəllərini tətbiq etmək üçün <MARQUEE> elementi daxilində CLASS , ID və STYLE atributlarından istifadə etmək olar .


Bizi dəstəkləyənlər