<META>
META elementi HEAD elementi daxilində işlənərək serverə HTML-in heç bir başqa teqlər tərəfindən təyin oluna bilməyən vacib məlumatı ötürür . Bu element Web səhifəsinin brauzerdə əks olunmasına heç cür təsir etmir . META elementi səhifənin xassələrini təyin edir və ola bilsin elə buna görə də Web disynerləri tərəfindən az işlədilir . Ancaq bir şeyi nəzərə almaq lazımdır ki , heç bir proqramlaşdırma dilində lazımsız komanda və ya direktiv ola bilməz .
NAME
NAME atributunun yazılışı aşağıdakı kimidir :
<META NAME="qiymət1" CONTENT="qiymət2">
Bu atribut aşağıdakı qiymətlər ala bilər :
<META NAME="description" CONTENT="Sizin saytın qısa məcmusu">
Yuxarıdakı yazılış sizin saytın axtarış aparan server kompyuterləri tərəfindən indeksləşdirilməsini sürətləndirir . Iş ondadır ki , avtomatik axtarış serverlərinin çoxu (Alta Vista , Yandex , Yahoo və s.) xüsusi proqramlarla təmin olunub hansı ki , istifadəçinin daxil etdiyi sorğuya əsasən bütün Web səhifələri arasında axtarış aparır . Bu halda axtarış serverləri tərəfindən yaradılmış dinamik fayla ya HTML sənədinin daxilində rast gəlinən birinci informasiya , ya da META teqindəki məlumat daxil olunacaq . Bununla da META elementi sizin saytın axtarış serverləri tərəfindən istifadəçinin tələbinə uyğun olaraq tapılması ehtimalını bir neçə dəfə artırır . Onu da qeyd etmək lazımdır ki , bu cür direktivin sizin Web səhifənin daxilinə əlavə olunması sizin saytın axtarış serverləri tərəfindən indekslənəcəyini qarantiya altına almır . Bunun üçün siz öz saytınızı axtarış serverlərinin verilənlər bazasına əlavə etməlisiniz .
CONTENT
Sizin Web səhifənizə daxil edilməsi çox vacib olan başqa bir direktiv aşağıdakı kimi görünür :
<META NAME="keywords" CONTENT="vacib olan açar sözlərin siyahısı">
CONTENT elementindəki açar elementləri müəyyən edərkən elə sözlər daxil etməlisiniz ki , sizin fikrinizə görə o açar sözlərə axtarış aparan server "cavab versin" . CONTENT elementinə 30-dan çox söz daxil etmək məsləhət görülmür .
META elementinin işləmə mexanizminin tam aydın olması üçün aşağıdakı nümunəni vermək olar :
<HEAD>
<TITLE> Hipertekstin nişanlama dili</TITLE>
<META NAME="description" Content="Sayt Internet səhifələri düzəltməyi öyrənmək üçün nəzərdə tutulub">
<META NAME="keywords" CONTENT="HTML,web-design,WEB-DESIGN,Web-Design,webdesign,WEBDESIGN,Internet"> </HEAD>
Indi tutaq ki , istifadəçi axrış serverlərindən birinin resurslarından istifadə etmək məqsədilə "web-design" sözünə uyğun olaraq axtarış aparır . Bir qədər vaxtdan sonra internetin eyni mövzuda olan başqa resursları ilə birlikdə istifadəçiyə aşağıdakı məlumat təqdim olunacaq :
HTTP-EQUIV
Bu atribut aşağıdakı kimi təsvir olunur :
<META HTTP-EQUIV="Refresh" Content="N; URL=http://www.saytın_adı.com/səhifənin adı.html">
Yuxarıdakı yazılışın səhifənin başlığına daxil edilməsi Web səhifənin N saniyədən sonra URL atributundakı ünvanla əvəz edilməsinə gətirib çıxaracaq . Bu o zaman tətbiq oluna bilər ki , sizin sayt öz adresini dəyişib . Köhnə ünvana yuxarıdakı yazı daxil edilir və istifadəçi köhnə ünvanı açdıqda N saniyədən sonra URL atributundakı yeni sənəd açılır . əgər Web səhifəsinə aşağıdakı yazı <META HTTP-EQUIV="Refresh" Content="N"> daxil edilərsə , onda Web səhifə N saniyədən bir yenidən yüklənəcək .
<META HTTP-EQUIV="content-type" CONTENT="text/html; charset=windows-1254">
Bu cür yazılışla səhifənin "çarset"-nə ciddi nəzarət edilir . Istifadəçinin brauzeri bu cür yazılışı gördükdə dərhal charset atributundakı kodirovkaya keçəcək .