Menu

Daxil olun Qeydiyyat

HTML Lib

<TABLE>

<TABLE>

>ALINK..............
BORDER
CELLPADDING...
CELLPACING....
WIDTH...............
HEIGHT.............



    <Table> ... <Table> elementləri bütün cədvəl elementlərinin ən vacibidir . əgər bu element işlənməzsə bütün digər cədvəl elementləri ləğv olunacaq .

<Table> elementinin aşağıdakı atributları var :

    
BORDER
Bu atribut <Table> elementi daxilində işlənir . əgər bu atribut <Table> elementinin daxilində işlənərsə , onda cədvəlin bütün hücrələrinin ətrafında sərhəd çəkiləcək . əgər bu atribut olmasa , onda cədvəlin ətrafında heç bir sərhəd olmayacaq . Susmaya görə cədvəllər sərhədsiz olur . Bu atributun qiyməti piksellə ölçülür. 
Yazılışı: 
<table border=0>.....</table> 


CELLSPACING
Bu atribut cədvəlin hücrələri arasındakı məsafəni idarə etmək üçündür . Qiyməti piksellə ölçülür. 


CELLPADDING
Bu atribut cədvəl daxilindəki hücrə ilə onun (hücrənin) daxilindəki məlumat arasindakı saheni idarə etmek üçündür . Qiyməti piksellə ölçülür. 
Yazılışı: 
<table boder=0 cellpacing=0 cellpadding=0>............</table> 

    
WIDTH=qiymət_yaxud_faiz 
    Bu atribut cedvelin enini ya piksellə , ya da faizlə təyin edir . 

   
HEIGHT=qiymət_yaxud_faiz 
    Bu atribut cedvelin hündürlüyünü ya piksellə , ya da faizlə təyin edir . 

    
ALIGN
    Internet Explorer (2.0 və yuxarı versiyalar) və Netscape <Table> elementi daxilində bu atributu dəstəkləyir . Bu atribut cədvəlin səhifədə sağ yaxud sol tərəfdə yerləşməsini təyin edir .

VALIGN
Internet Explorer (2.0 və yuxarı versiyalar) və Netscape <Table> elementi daxilində bu atributu dəstəkləyir . Bu atribut vasitəsilə mətni cədvəl daxilində yuxarı yaxud da aşağıya hərəkət etdirirlər . 

BGCOLOR
    Internet Explorer (2.0 və yuxarı versiyalar) <Table> elementi daxilində bu atributu dəstəkləyir . Bu atribut istifadəçiyə cədvəlin arxa fonunun rəngini təyin etmək imkanı verir .


Bizi dəstəkləyənlər