Menu

Daxil olun Qeydiyyat

HTML Lib

<TEXTAREA>

<TEXTAREA>

 TEXTAREA elementi istifadəçiyə bir sətrdən çox mətn daxil etməyə imkan verir . 

   Nümunə :
   <TEXTAREA NAME="BDU" ROWS=64 COLS=6>
   Bakı
   Dövlət
   Universiteti
   </TEXTAREA>

    Rows və Cols atributları mətn sahəsinin ölçüsünü simvollarla təyin etməyə kömək edir . Mətn daxil etmə sahəsi standart eni olan sriftə təqdim edilir . Amma istifadəçiyə mətn daxil edmə sahəsini genişləndirmək imkanı da verilə bilər . 

    Qeyd : Çox sətirli mətn daxil etmə imkanı Input elementi tərəfindən də dəstəklənir . Amma təəssüflər olsun ki , mətnin uzun olduğu hallarda bu problemə gətirib çıxarır . Iş ondadır ki , bu sahələrdə daxil edilə biləcək simvolların sayında məhdudiyyət var (1024 simvol) .
    Netscape Navigator2.0-dan başlayaraq TEXTAREA elementi daxilində WRAP atributundan istifadə edilir . Bu atribut aşağıdakı qiymətlər alır :

    <TEXTAREA WRAP=OFF> --- Susmaya görə aldığı qiymət . Simvolların mətn daxil etmə sahənin ən sağ küncünə çatmasına baxmayaraq Enter basılmayınca aşağı sətrə keçmə baş vermir . 

    <TEXTAREA WRAP=VIRTUAL> --- Simvollar mətn daxil etmə sahənin ən sağ küncünə çatdıqda mətn yeni sətrə keçir .

    Qeyd : TEXTAREA elementi daxilindəki WRAP atributu yalnız Netscape və Internet Explorer-in yuxarı versiyaları tərəfindən dəstəklənir .


Bizi dəstəkləyənlər