Bağlantı və onunla necə davranmalı
Bizim səhifə bir neçə sənəddən ibarət ola bilər. Onlardan biri əsasdır (index.html) - ilk olaraq o açılır və sizin internetdəki saytınızda mütləq olmalıdır.
Qalan sənədləri isə necə istəyirsiniz elə də adlandırmaq olar (photos.html, about_me.html, my_pets.html, friends.html, gh516hgd.html və s). Onlar eyni qovluqda və ya başqa qovluqlarda da yerləşə bilərlər.
Bağlantıların köməkliyi ilə bu sənədləri birləşdirə bilərik. Belə ki, ilk səhifədən şəkillər olan səhifəyə, sonra həmin səhifədən ilk səhifəyə və ya şerlər olan səhifəyə keçə bilərik.
Bu sənədlərə bağlantı söz də ola bilər (mətn, fraza), şəkil də ola bilər. Bu addımda biz yalnız söz bağlantılarına baxacağıq.
Başlanğıc üçün bizim index.html sənədi olan qovluqda daha bir sənəd yaradaq (bizim nümünədə bu prf.html -dir). Sənədin gövdəsini özünüz fikirləşin, bunun üçün sizdə lazım olan qədər bilik var.
Qoy prf.html sizin şəkillər olan sənəd olsun. Onda biz "mənim şəkillərimə baxmaq" sözünü prf.html sənədinə bağlaya bilərik:
<a href="prf.html">mənim şəkillərimə baxmaq</a>
<a></a> teqi onun arasında yazılmış şəkli və ya mətni bağlantı edir. Yolun düz yazılması qaydaları burada da şəkillərdəki kimidir:
1) - <a href="prf.html">mənim şəkillərimə baxmaq</a>
2) - <a href="photos/prf.html">mənim şəkillərimə baxmaq</a>
3) - <a href="http://www.fiststeps.az/prf.html">mənim şəkillərimə baxmaq</a>
Birinci halda bizim sənəd əsas sənədlə bir qovluqda yerləşir, ikinci halda o, /photos alt qovluğunda yerləşib, üçüncü halda isə biz http://www.firststeps.az səhifəsinə bağlanırıq.
İlk iki (1) və (2) nümunələri nisbi yol adlanır. (3) - mütləq yol adlanır, saytın tam adı daxil olur (bizim nümunədə http://www.firststeps.az). Mütləq yoldan biz sənədimizin daxilində digər saytlara yönələrkən istifadə edirik.
Sənədimizin daxilindəki bütün bağlantılar üçün rənglər verə biərik: "link" - sadə bağlantının rəngi, "alink" - aktiv bağlantının rəngi (sıxılmış), "vlink" - artıq baxılmış bağlantının rəngi.
<body text="#336699" bgcolor="#000000" link="#339999" alink="#339999" vlink="#339999">
Sənəddə bütün mətnin rəngini dəyişdiyimiz kimi, bağlantının da rəngini dəyişmək üçün xassələri <body> teqində yazırıq. Bizim nümunədə sadə, aktiv və baxılmış linklərin rəngləri eynidir, lakin siz öz istəyinizə uyğun olaraq onları müxtəlif edə bilərsiniz.
Demək bağlantını və onun rənglərini bizim nümunədə yazaq:
<html> |
Gördüyünüz kimi çətin heç nə yoxdur.
Bildiyiniz kimi biz sənəddə müxtəlif blok mətnlər üçün müxtəlif rənglər verə bilərik (<font color="…"></font>). Mətn bağlantıları üçün də müxtəlif rənglər verə bilərik - bu <font> teqi və onun "color" atributu ilə edilir:
<a href="prf.html"><font color="#CC0000">mənim şəkillərimə baxmaq</font></a>
Fikir verin ki, <font color="…"></font> <a></a> teqinin daxilində yazılır, əgər siz əksinə etsəniz, onda siz bağlantınıza rəng verə bilməzsiniz.
Gəlin indi növbəti addıma adlayaq və bağlantılarla tanışlığımızı davam edək.