Başlıqlar nədir və hərflərə necə ölçü verməli
Bu bölmədə biz mətnləri başlıqların köməyi ilə nişanlamağı və <font></font> teqinin daha yeni funksiyasını öyrənəcəyik.
Başlıqlardan başlayaq. Başlıqların 6 növü mövcuddur:
Demək burda H1 ən böyük, H6 ən kiçiyidir. Başlıqları əlavə edərək siz ziyarətçiyə sayta rahat bələd olmağa imkan verirsiniz. Başlıqların köməkliyi ilə siz mətnin strukturunu təyin edirsiniz.
İndi isə başlıqlardan sənədimizdə istifadə edək. Mənə elə gəlir ki, "Salam, bu menim ilk sehifemdir" sözünü nişanlasaq yaxşı olardı:
<html> |
Nümunə üçün mən başlığın 3-cü mərhələsindən (<h3></h3>) istifadə etdim:) Baxın nə alındı. Gördüyünüz kimi başlıqlar təkcə iri şriftlə görsənmirlər, həmçinin də yağlı nişanlanırlar. Həm də bağlanan </hx> teqindən sonra avtomatik olaraq digər yeni sətrə keçid baş verir.
Başlıqlar mətnin müəyyən hissəsini nişanlamaq üçündür (sətirlər, frazalar). Əgər siz mətnin böyük hissəsini və ya bir sözü başlıqların köməyi ilə yeni sətirlərə keçmədən nişanlamaq istəyirsinizsə, onda nə etməli? Başlıqlarla bu alınmayacaq, ona görə də <font></font> teqini yada salaq:
<font size="+4"> mətn </font>
<font size="+3"> mətn </font>
<font size="+2"> mətn </font>
<font size="+1"> mətn </font>
<font size="+0"> mətn </font>
<font size="-1"> mətn </font>
<font size="-2"> mətn </font>
Həmişəki kimi yeni bilikləri praktikada tətbiq edirik. Gəlin "menim daha bir virtual dostum" sözünü nişanlayaq.
<html> |
Növbəti addıma keçməmişdən qabaq onu da qeyd etmək istəyirəm ki, dizaynerlərdə qiqantomiya adlı xəstəlik mövcuddur. Onun nişanları: Mətnlərin hədsiz böyük ölçüsü, xırda və yaraşıqlı düymələrin əvəzinə ekranın yarısı boyda düymələr və bütün hallarda gombul (yağlı) mətn. Ona görə də yada salıram: Standart size (susmaya görə) = "+0".
İstifadəçilərinizin gözlərinə heyfiniz gəlsin.
Növbəti addıma keçək.