Cədvəl yaratmağı öyrənirik
Gec və ya tez biz gəlib cədvəllərə çatdıq. Saytları yaradarkən cədvəllərdən çox istifadə edilir. Məsələn, firststeps.az saytını yığarkən cədvəllərsiz keçinə bilmədik. Belə ki, şəkillər, məlumatlar, hamısının səliqə ilə yerləşməsi üçün bir-birinin içində cədvəllər yaratdıq. Həmçinin Nümunə baxın, onun tərtibatında da cədvəllərdən istifadə edilib.
Cədvəl aşağıdakı teq vasitəsi ilə verilir:
<table></table>
Bu hələ hamısı deyil. Cədvəllər sətir və sütunlardan ibarətdir, ona görə də onları təsvir etmək lazımdır.
<tr></tr> - Cədvəlin sətirləri.
<td></td> - Cədvəlin sütunları.
Deməli sizin nəzərinizdə 2 sətir və 3 sütundan ibarət cədvəl təsvir olunub. Yaxşı görunməsi üçün mən cədvəlin xanalarını ayrı rənglərdə rəngləmişəm. Cədvəlin sərhəddi verilməyib, ona görə də siz onu görməyəcəksiniz. Bu gözəllik necə yarandı? Beləliklə mənim əlimin hərəkətini izləyin.
<table> |
Əvvəlcə sətirlər verilir. Bizim nümunədə onlar 2 dənədir. Sonra hər sətirdə 3 sütun düzəldək:
<table> |
Məndən sizə məsləhət, görunməsi üçün əvvəlcə vərəqdə cədvəli çəkin. Belədə nəticənin necə olduğunu rahat görəcəksiniz və probleminiz az olacaq.
Demək bizə alınmış karkası doldurmaq qalıb:
<table> |
Mənə elə gəlir ki, siz yuxarıdakı yazılışda 1-ci rəqəmin sətrin nömrəsi, 2-cinin isə sütunun nömrəsi olduğunu başa düşdünüz. Bu yenə də yaxşı görünməsi üçündür. Baxaq görək bizdə nə alınıb:
1x1 |
1x2 |
1x3 |
2x1 |
2x2 |
2x3 |
Təəssüf ki, hələlik fon görünmür. Fon bgcolor="rəngin kodu" xassəsi ilə verilir. Fonu cədvəldə bütöv sətir üçün və ya ayrıca xana üçün də vermək olar.
<table> |
Baxın bizdə nə alındı.
Əgər siz bir sətirdə bütün fonu dəyişmək istəyirsinizsə, onda <tr> teqində "bgcolor" xassəsini işlədin:
<tr bgcolor="#FFCC33">
Əgər siz bütün cədvəldə fonun rəngini dəyişmək istəyirsinizsə, onda "bgcolor" xassəsini <table> teqinə tətbiq edin:
<table bgcolor="#FFCC33">
Həmçinin əgər siz bundan başqa hər hansı sətir və ya sütunda özünüzün təyin etdiyiniz rəngi istifadə edirsinizsə, onda burada fonun rəngi təyin etdiyiniz kimi olacaq.
Fonun rəngini cədvəl üçün və ayrıca yazmağa çalışın. Hamısını başa düşdükdən sonra cədvəllərə həsr olunmuş növbəti addıma keçmək olar.