E-poçta bağlantı. Mətn bağlantılarına sərlövhə
Bu başlıqda biz elektron poçta (e-mail) bağlantı yazmağı öyrənəcəyik, həmçinin də mətn bağlantılarına sərlövhə yazmağı öyrənəcəyik.
Elektron poçta bağlantı sadə (sənəd və ya səhifə) bağlantılardan fərqli yazılır:
<a href="mailto:info@firststeps.az"> info@firststeps.az </a>
Bunu bir dəfəlik yadda saxlayın və heç vaxt səhv yazmayın. E-poçta bağlantı hər hansı sənədə, şəklə və ya fayla bağlantıdan tamamilə fərqlidir.
"mailto" bağlantısının bir neçə xassəsi var:
- ?subject=Məktubun mövzusu
- &Body=Məktubunuzun mətni
- &cc=copy@firststeps.az,copy2@firststeps.az(vergül ilə ayrılan məktubların surəti)
- &bcc=hidden_copy@firststeps.az,hidden_copy2@firststeps.az (vergül ilə ayrılan gizli məktubların surəti)
Bütün bunlar birlikdə belə olacaq:
<a href="mailto:info@firststeps.az?subject=Hello&Body=text&cc=copy@firststeps.az&bcc=hidden_copy@firststeps.az"> info@firststeps.az </a>
İndi əgər sizin istifadəçiniz bu cür bağlantıya sıxarsa, onda onun e-poçtu artıq doldurulmuş formada çıxacaq :)
Yeri gəlmişkən bir istifadəçi mənə belə sual vermişdi "Elə eləmək olar ki, bağlantıya siçanı gətirəndə izah çıxsın?". Mən təəccübləndim, bu niyə lazımdır, lakin sual verilmişdi, ona görə də dərsliyin yeni variantında bu suala da cavab yaziram:)
HTML-in (3.2 və aşağı) köhnə spesifikasiyalarında bu nəzərə alınmayıb və həmçinin də brouzerlərin köhnə variantlarında (IE 5.0-dan aşağı və NN 4.x və aşağı). Amma HTML 4.0-ın spesifikasiyasında mətnə izah nəzərə alınıb. Beləliklə tanış olun, "title" atributu.
"title" atributu (bunu <title> teqi ilə səhv salmayın) təyin olunduğu element haqqında məlumat verir. Biz onu məsələn, <a> teqi üçün təyin edə bilərik:
<a href="ssilka.html" title="Sizin izah"> mətn-bağlantı </a>
"mətn-bağlantı" sözünün üzərinə siçanı gətirərkən əgər sizin brouzer HTML 4.0 spesifikasiyasını dəstəkləyirsə, istədiyinizi görəcəksiniz.
Əgər siz fikirləşirsizsə, bağlantılara həsr olunmuş mövzu qurtarıb, onda səhv fikirləşirsiniz. Növbəti addıma keçin.