Menu

Daxil olun Qeydiyyat

HTML

Giriş. Freymlər nə üçün lazımdır

Giriş. Freymlər nə üçün lazımdır

Nəhayət, biz freymlərə (frames) gelib çatdıq. Onlar nedirlər və hansı üstünlükləri var? Freymlər bizə brauzerin pəncərəsində eyni vaxtda bir neçə sənəd açmağa imkan verir. (Məsələn, içində menyu olan "menu.html" sənədi, içində loqo olan "logo.html" sənədi, səhifənin yuxarısı və saytımızın məzmunu olan "content.html" sənədi). 

Freymləri müxtəlif cür tətbiq etmək olar. Bəzi web-ustalar freymlərlə öz ağılsız fikirlərini əks etdirir və istifadəçilərini məyus edirlər, bəziləri məcburiyyət qarşısında qalanda freymlərə müraciət edirlər. Bəziləri isə onlar üçün rahat olduğuna görə freym işlədirlər. Əsas odur ki, freym dəhşətli görünməsin və istifadəçi üçün rahat olsun.

Siz müxtəlif forumlarda və ya başqa yerlərdə freymlərin pis olduğunu eşidə bilərsiniz. Təbii olaraq sual verəcəksiniz: "Freymlər yaxşıdır, yoxsa pis?

Baxır freymlərə necə yanaşılır. Məncə bu söz-söhbət heç vaxt bitməyəcək. Yeqin bu ondan irəli gəlir ki, freymlərin yaxşı cəhətlərindən başqa, həmçinin ciddi nöqsanları da var. Buna görə də onların tətbiqinin bütün tərəflərini öyrənmək məntiqə uyğun olardı. 

Amma mən freymlərlə bağlı bütün problemlərdən və onların həllindən uzun-uzadı danışmayacağam.

Mənim şəxsi fikrim budur ki, freymlər yaxşıdır, hətta çox yaxşıdır, əgər onlar yerində və ağılla işləniblərsə, estetik və gözəl görünürlərsə. "Ağılla" o deməkdir ki, biz sənəddə freym işlədiriksə, HTML-in imkanları ilə kifayətlənmirik, biz həm də freymlərin düzgün işi üçün scriptlər də tətbiq edirik. Amma bizim işimiz freymləri standart üsullarla öyrənmək olacaq.

Beləliklə, bizim sevimli brauzerimizin eyni vaxtda bir neçə sənədi göstərməsi üçün xüsusi freym-sənəd yaratmaq lazımdır. Bu sənəddə biz brauzer pəncərəsində neçə sənədin açılacağını, hər açılan sənədin nə qədər yer tutacağını, bir-birinə nisbətdə necə yerləşəcəyini təyin edirik. Amma hər şey danışdığımız kimi elə də sadə və asan deyil:). 

Saytda istifadəçiyə ilk göstərilən sənəd adətən index.html (ya da nəsə başqa sənəd) olur, ona görə də biz ona "əziyyət" verəcəyik, qoy freym-sənəd o olsun. Beləliklə, index.html sənədi yaradaq:


 

     

<html>
<head>
<title>Freymlərlə səyahət</title>
</head>
</html>


 

İlk baxışdan standart başlanğıcdır, amma... "body" teqi yoxdur?! Bu səhv deyil, freym-sənəddə "body" teqi olmur. 

"body" teqinin yoxluğu sizi narahat etməsin, onun layiqli əvəzini taparıq:


 

     

<html>
<head>
<title>Freymlərlə səyahət</title>
</head>
<frameset></frameset>
</html>


 

Salam "frameset", necə də gözəl addır. Deyirlər siz qərara almısınız ki, bizim saytda nəyisə deyişəsiniz və freymlkər yaradasınız :), çox yaxşı, biz həmişə yenilikləri xoşlayırıq.

İndi "frameset" üçün layiqli köməkçılər tapaq və ona zəruri atributlar verək. Amma növbəti addımda.


Bizi dəstəkləyənlər