Menu

Daxil olun Qeydiyyat

HTML

Məcburi sınma və mətnin şəklin yanından ötməsi

Məcburi sınma və mətnin şəklin yanından ötməsi

Bu başlıqda biz məcburi sınma və mətnin şəklin yanından ötməsini öyrənəcəyik.

Dərsliyə başlayarkən sizə mətnin yeni sətrə keçirilməsi üçün istifadə edilən <br> teqindən danışmışdıq (Yəni "Enter" düyməsinin analoqu). 

Bu başlıqda sizə <br> teqinin "clear" atributundan danışacağıq. O nəyə lazımdır? Təsəvvür edək ki, mətn hansısa obyektin yanından keçir (məsələn, şəkil): 

  Menim ushaqlarim ve nevelerim shohretimden istifade edecekler. Sosiskalari hech bir novbeye durmadan ala bilerler. Onlari qaynada ve qaba daha chox qoya bilerler. Menim qranit ayaqlarima getirecekler. "Ye, ulu babamiz" men onlara yuxarilardan baxacagham, "Ozunuz yeyin sosiskalari ve dunyada xoshbext yashayin." 

Bizə lazımdır ki, mətn "Menim qranit ayaqlarima getirecekler"dən sonra sınsın və "Ye, ulu babamiz" şəklin altından davam etsin. Siz təbii ki, bir neçə <br> teqi istifadə edərək bu problemi həll edə bilərsiniz. Lakin ola bilər ki, şəkil (obyekt) böyük olsun, mətn də həmçinin. Onda siz bir neçə <br>-lə keçinməyəcəksiniz, bu vaxt sizə bu teqdən onlarla və daha çox istifadə etmək lazım gələcək. Ona görə də bu cür əziyyət çəkməmək üçün "clear" atributu mövcuddur:

  Menim ushaqlarim ve nevelerim shohretimden istifade edecekler. Sosiskalari hech bir novbeye durmadan ala bilerler. Onlari qaynada ve qaba daha chox qoya bilerler. Menim qranit ayaqlarima getirecekler.

"Ye, ulu babamiz" men onlara yuxarilardan baxacagam, "Ozunuz yeyin sosiskalari ve dunyada xoshbext yashayin." 

İndi isə kodun nümunəsi:

<img src="clearpri.gif" align="left">Menim ushaqlarim ve nevelerim shohretimden istifade edecekler. Sosiskalari hech bir novbeye durmadan ala bilerler. Onlari qaynada ve qaba daha chox qoya bilerler. Menim qranit ayaqlarima getirecekler. 
<br clear="left">
"Ye, ulu babamiz" men onlara yuxarilardan baxacagham, "Ozunuz yeyin sosiskalari ve dunyada xoshbext yashayin."


 

clear atributu bir neçə qiymət ala bilər - all, left, right. 

"all" - obyektin mətnin yanından ötüb keçməsini tamamlayır. "left" - obyektin mətnin yanından sol tərəf üzrə ötüb keçməsini tamamlayır. "right" - obyektin mətnin yanından sağ tərəf üzrə ötüb keçməsini tamamlayır. 

Bizim nümunədə clear="left" təyin etdik, yəni ki, şəkil sol tərəf üzrə tamamlanır.


Bizi dəstəkləyənlər