Menu

Daxil olun Qeydiyyat

HTML

Nişan. Sənədin daxilinə necə bağlantı etməli

Nişan. Sənədin daxilinə necə bağlantı etməli

Bu fəsildə biz bağlantılar haqqında söhbətimizi davam edəcəyik. Bəzən belə bir vəziyyət yaranır: bizə digər sənədə deyil, elə cari sənədin daxilində müəyyən sətirdəki sözə bağlantı lazım olur , orda linklərə basın). Sənədin daxilində bu cür naviqasiyanın olması çox rahatdır. Bu iki üsulla yaradıla bilər.

Birinci üsul - "a" teqinin "name" (qoşmanın adı) atributu ilə:

Qriqoriy Oster, "Zərərli məsləhətlər.

Sözə baxmayan uşaqlar və onların valideynləri üçün kitab".

Şerlərə olan 1-ci bağlantı

Şerlərə olan 2-ci bağlantı

Şerlərə olan 3-cü bağlantı

Bu yaxınlarda alimlərə məlum oldu ki, sözə baxmayan və deyilən sözləri tərsinə edən uşaqlar var. Onlara xeyirli məsləhət verirlər: "Səhərlər yuyun" - onlar isə yuyunmurlar. Onlara deyirlər "Bir-birinizlə salamlaşın" - onlar ise salamlaşmırlar. Alimlər belə nəticəyə gəldilər ki, onlara xeyirli məsləhət yox, zərərli məsləhət vermək lazımdır. Onlar hər şeyi əksinə edir və nəticədə xeyirli nə isə alınır.

Birinci şer

... tra-lya-lya 1...

İkinci şer

... tra-lya-lya 2...

Üçüncü şer

... tra-lya-lya 3...

Bizim nümunədə biz "a" teqinin "name" artibutundan istifadə etməklə (Birinci şer, İkinci şer, Üçüncü şer) qoşmalarla düzəltdik:

Üçüncü şer

Sonra çəkinmədən biz onlara bağlantı qoyduq:

Şerlərə olan üçüncü bağlantı

Yadda saxlayın ki, bağlanacağımız hissədə  bağlantının qarşısındakı "dies" işarəsi (#) vacibdir. Siz digər səhifələrdən də bu qoşmaya müxtəlif fayllardan bağlana bilərsiniz, bu, aşağıda təsvir edilən kimi olacaq:

Digər sənəddən Üçüncü şerə bağlantı

və ya

Digər sənəddən Üçüncü şerə bağlantı

(şaytın ünvanı, sənədin adı, + bağlanacağımız qoşmanın adı)

İkinci üsul - "id" adlı atribut var, onun köməkliyi ilə sənədin daxilində istənilən teqə (base, head, html, meta, script, style, title teqlərindən başqa) unikal ad təyin etmək mümkündür. Məs H3 teqinə "id" təyin etməkdə bizə heç bir şey mane olmur.

Qriqoriy Oster, "Zərərli məsləhətlər

Sözə baxmayan uşaqlar və onların valideynləri üçün kitab".

Şerlərə olan 1-ci bağlantı

Şerlərə olan 2-ci bağlantı

Şerlərə olan 3-cü bağlantı

Bu yaxınlarda alimlərə məlum oldu ki, sözə baxmayan və deyilən sözləri tərsinə edən uşaqlar var. Onlara xeyirli məsləhət verirlər: "Səhərlər yuyun" - onlar isə yuyunmurlar. Onlara deyirlər "Bir-birinizlə salamlaşın" - onlar ise salamlaşmırlar. Alimlər belə nəticəyə gəldilər ki, onlara xeyirli məsləhət yox, zərərli məsləhət vermək lazımdır. Onlar hər şeyi əksinə edir və nəticədə xeyirli nə isə alınır.

Birinci şer

... tra-lya-lya 1...

İkinci şer

... tra-lya-lya 2...

Üçüncü şer

... tra-lya-lya 3...

Baxın, görünüşcə heç nə dəyişməyib, hər ikisi eyni cür işləyir, ona görə də siz bunlardan istədiyinizi seçə bilərsiniz (hansı daha çox xoşunuza gəlirsə :).

Həmçinin sizi xəbərdar etmək istəyirəm ki, bu cür istifadə etməyin:

Bağlantı...

Qoşma

Əgər siz qoşmanın adını iri hərflə təyin edib, ona bağlanarkən kiçik hərflərdən istifadə edirsinizsə, ola bilər ki, brouzer onu dəstəkləməsin və düzgün işləməsin. Ona görə də həmişə qoşmalara ad qoyarkən kiçik və boyük hərflərə fikir verin, hamısını eyni registrdə edin.

Bununla da bizim bağlantılarla olan əzablarımız bitdi. Növbəti dərslərdə biz cədvəllərlə tanış olacağıq. Bunun üçün biz xüsusi simvollar, xətlər, siyahılar, qaçan sətir kimi mövzuları buraxmalı olacağıq. Amma kədərlənməyin, bu mövzulara sonra qayıdacağıq.

İrəli, cədvəllərə doğru addımlayırıq.

Bizi dəstəkləyənlər