Şəkil bağlantı ola bilərmi?
Mənim dediyim kimi, şəkillər də bağlantı ola bilər. Bağlantının qaydası mətndəki kimidir, lakin burada mətn yerinə <a></a> teqlərinin arasında bağlantıya şəkil qoyulur:
<a href="prf.html"><img src="primtocodephoto.gif"></a>
Əgər siz şəkli öz e-poçtunuza bağlantı etmək istəyirsinizsə, onda da prinsip eynidir:
<a href="mailto:pochta@mail.ru"><img src="primtocodephoto.gif"></a>
Demək "primtocodephoto.gif" şəklini fotolar olan sənədə (prf.html) bağlantı edirik:
<html> |
İndi isə brauzerdə baxıb görək bizdə nə alınıb. "primtocodephoto.gif" şəkli bağlantı oldu. Əgər hiss etmisinizsə, (etməmisinizsə, fikir verin): şəklin ətrafında çərçivə əmələ gəlib. Əgər bu çərçivənin olmasını istəmirsinizsə, onda onu şəklin daxilində border="0" (bunun haqqında biz artıq danışmışıq) yazmaqla dəyişmək olar.
<img src="primtocodephoto.gif" align="left" hspace="30" vspace="5" alt="mənim şəklim" border="0">
Fikir verdiyiniz kimi dərsliyin yeni variantında oxucuların maraqlı sualları yerləşdirilib. Bu başlıqda 2 belə suala baxılacaq.
Sual 1: "Şəklin ətrafınfakı çərçivəyə necə rəng vermək olar?"
Şəklin ətrafındakı çərçivəyə rəng vermək üçün "bordercolor" atributundan istifadə edilir, məsələn:
<img src="picture.gif" border="3" bordercolor="#CC0000">
Bizim nümunədə şəklin çərçivəsini qırmızı verdim və təbii ki, burada əgər siz şəklin ətrafında çərçivəni görmək istəyirsinizsə, onda "border" (çərçivənin qalınlığı) atributu sıfıra bərabər olmamalıdır.
Lakin əgər sizin şəkil bağlantıdırsa, onda onun ətrafındakı çərçivənin rəngi "bordercolor" atributu ilə deyil, "body" teqindəki "link", "vlink", "alink" atributlarındakı rənglərlə olacaq.
İkinci sual: "Peşəkarlar çərçivələrdən istifadə edirmi?"
Nə vaxt, necə, bütün bunlar vəziyyətdən asılıdır. Ola bilər ki, bu cür çərçivəli şəkil sizin saytin dizaynına uyğundur və bu sayta daha da səliqə verir. Həmçinin ola bilər ki, əksinə - bütün bu çərçivələr lazım deyil və sizin saytın görünüşünə təsir edir, onda onları yığmaq lazımdır. Şəklin ətrafında çərçivənin lazım olub olmamasını özünüz fikirləşib, özünüz qərar verin.
Əgər siz fikirləşirsinizsə, bununla sizin bağlantılarla əlaqədar olan əzablarınız qurtarıb, onda səhv edirsiniz:) - Bizim irəlidə bir neçə gözəl addımımız qalıb.