Vacib teqlər. Nə üçün başlığa gövdə, gövdəyə başlıq lazımdır?
<html>
<head>
<title>Menim ilk addimim</title>
</head>
<body>
Salam, bu menim ilk sehifemdir.
<br>
Xosh gelmisiniz :)
</body>
</html> Nümunə
<head> </head> - Sənədin başlığı
<body> </body> - Sənədin gövdəsi
<head> </head> arasında yerləşən teqlərin hamısı xidməti məlumatlardır. (Bizim xidmət həm qorxulu, həm də çətindir və ilk addımda elə bil ki, görünmür:). Məsələn, <title> - başlıq. O nə üçündür? Bizim sənədlə Internet Explorer-i açın və öz diqqətinizi bütün sətirlərdən yuxarıya yönəldin (pəncərənin başlığına)... Gördünüz? :)
Açılıb bağlanan <body> və </body> teqləri arasında yerləşənlərin hamısı sənədin tutumudur. Növbəti addımlar bu teqlərə həsr olunacaqlar: Biz fonun, mətnin rəngini dəyişməyi, mətni iri və xırda etməyi öyrənəcək, şəkillərdən, cədvəllərdən və s-dən danışacağıq:) Lakin hər şeydən əvvəl teqlər haqqında ümumi anlayışları sona çatdıraq.
<teq> </teq> - sadə teq deyil, bu konteyner teqdir, bunun daxilində digər teqlər və mətn də yerləşdirilə bilər.
Fikir verin:
<teq1><teq2><teq3> ... </teq3></teq2></teq1>
Bu cür teqlər ardıcıllığı düzgündür, birinci açılan teq sonuncu bağlanır, həmçinin də digərləri.
Yəni növbəti nümunə səhvdir, teqlərin düzgün yazılmaması sizin səhifənin səhv görünməsinə gətirib çıxarır:
<teq1><teq2><teq3> ... </teq3></teq1></teq2>
Odur ki, öz səhifənizi yaradarkən bir az diqqətli olun.