Xətlər haqqında. Sadə və xeyirli
Son vaxtlar mən xətlər ilə çox nadir hallarda rastlaşıram. İndi onlar ancaq qonaq kitablarında və ya forumlarda rast gəlmək olar. Xətlər <Hr> teqi ilə yazılır və bağlanan teq tələb etmirlər:
Budur, kiçik qanov formasında bir xətt... Xətlərin bir neçə atributu var:
1) <Hr align="right"> (center, left) |
Bütün bunlar belə görünür:
1)
2)
3)
4)
5)
Bu da xetlərin bütün sirləri...
"color" atributundan çox istifadə etməyin, çünki o, ancaq Internet Explorer-də işləyir (əgər siz rəngli xətt qoymağı çox istəyirsinizsə, onda 1x1 piksel ölçüsündə qırmızı şəkil götürün və onu sənədə yerləşdirin. Burda artıq sizə "height" və "width" atributları lazım olacaq. Ölçüləri height=1, width=500 verin, bu da sizin üçün rəngli xətt:).
Xətlərin punktir və başqa standart olmayan tipləri üçün biz yenə də şəkillərdən istifadə edirik.
Əgər siz bilmirsiniz ki, sizə hansı endə xətt lazımdır, onda belə etmək olar: Bir xanalı cədvəl yaradın, xanaya 1 piksel hündürlük (və ya bir neçə), 100 faizli en verin və xətt düzəltmək istədiyiniz şəkli cədvəlin xanasına fon şəkli kimi verin. Bu cür verilmiş xətt istifadəçinin ekran ölçülərindən asılı olaraq dartılıb yığılacaq.
Xətləri kökü kəsilmiş kimi hesab etməyin, məncə dizayn elementi kimi o, hələ də xeyirli ola bilər.