Menu

Daxil olun Qeydiyyat

İnternet Dərsliyi

Brauzerin parametrlərinin dəyişdirilməsi

Brauzerin parametrlərinin dəyişdirilməsi

Brauzerin bəzi parametrlərini dəyişdirmək üçün Xidmət (Tools) menyusundakı İnternetin parametrləri (Internet options) əmrini seçin.

Açılan eyni adlı dialoq pəncərəsində əsas parametrləri dəyişdirmək olar.

Ümumi (General) səhifəsinə baxaq. Faylları ləğv etmək (Delete files) düyməsini basmaqla, siz Web- səhifələrə baxılan zaman xüsusi Müvəqqəti İnternet faylları (Temporary Internet files) qovluğunda saxlanmış faylları silə bilərsiniz. 
Bu əməliyyat səhifələrin yüklənmə sürətini artırır.
Biz brauzerin işə salınması zamanı avtomatik yüklənən start səhifə barəsində sizə məlumat vermişdik. İstənilən hər hansı bir səhifəni brauzerin start səhifəsi kimi qeyd etmək olar. Ünvan sətrinə www.intel.com yazın, Tətbiq (Apply) düyməsini, sonra OK düyməsini basın. 
Nəticədə, hər dəfə brauzer işə salınanda Intel kompaniyasının səhifəsi yüklənəcək.
İnternetin parametrləri pəncərəsini bir daha açın.
Ümumi (General) səhifəsində Rəng (Colors) düyməsini basın. Açılan pəncərədə istinadların rənglərini dəyişə bilərsiniz. 
Brauzerlərin çoxu baxılmış səhifələri keş adlanan yaddaş sahəsində saxlayır. 
Belə səhifələrə təkrar müraciət ediləndə brauzer onları şəbəkədən yox, keş-yaddaşdan yükləyir.
Keş-yaddaşla işləmə parametrlərini dəyişdirməklə yükləmə surətini artırmaq olar. 
Ümumi (General) səhifəsində, İnternetin müvəqqəti faylları (Temporary Internet files) sahəsində Sazlama (Settings) düyməsini basın. 
Diskdə istifadə üçün ayrılmış sahə (Amount of disk space to use) parametrini dəyişmək üçün mausun düyməsini basın və buraxmadan parametrin düyməsini sağa sürüyün.


Bizi dəstəkləyənlər