IP-ünvan
İnternetdə sizin kompüterin identifikasiyası, yəni müəyyənləşdirilməsi üçün provayder tərəfindən ona IP-ünvan təyin edilir. IP-ünvan, hər birisi səkkiz ikilik rəqəmdən ibarət olan dörd qrupdan ibarətdir və çox zaman onluq şəkildə yazılır. Məsələn: 208.220.230.4. Burada axırıncı (dördüncü) rəqəmlər qrupu şəbəkədə kompüterin nömrəsini, üçüncü qrup isə şəbəkənin nömrəsini göstərir.
Rəqəmli nömrələri yadda saxlamaq çətin olduğundan domen adlarından istifadə olunur.
Məsələn, www.firststeps.az
Burada www (World Wide Web) firststeps.az (domen) isə birinci səviyyəli domendir. İnternetdə altdomenlər(subdomain) də mövcuddur.Məs.:http://books.firststeps.az. Ünvanın bir şəkildən başqa şəklə çevirilməsi xüsusi Domen Adları xidməti (DNS - Domain Name Service) tərəfindən yerinə yetirilir.
Aşağıda göstərilən birinci səviyyəli, təşkilat domenləri mövcuddur:
com - | kommersiya ilə məşğul olan təşkilatlar |
edu - | təhsillə məşğul olan təşkilatlar |
org - | kommersiya ilə məşğul olmayan təşkilatlar |
gov - | hökumət təşkilatları |
mil - | ABŞ-nın hərbi təşkilatları |
int - | beynəlxalq təşkilatlar |
net - | şəbəkə xidmətləri göstərən təşkilatlar |
Məsələn: www.nokia.com, www.openbook.org, www.ntk.net
Birinci səviyyəli təşkilat domenlərindən başqa, kompüterin yerini müəyyənləşdirən coğrafi domenlər də var.
Birinci səviyyəli coğrafi domenlər
az - | Azərbaycan |
de - | Almaniya |
fr - | Fransa |
se - | İsveç |
ru - | Rusiya |
jp- | Yaponiya |
us- | ABŞ |
tw- | Tayvan |
tr- | Türkiyə |
ua- | Ukrayna |
ro- | Rumıniya |
kz- | Qazaxıstan |
tk- | Takilao |
ge- | Gürcüstan |
uk- |
Böyük Britaniya və sair. |
Məsələn: www.president.az, www.iworld.ru