Çoxölçülü Array
Çoxölçülü array bir dəyərdən əlavə dəyərlərə sahib olması ilə fərqlənir. Dəyərləri verilmədikdə çoxölçülü array-də eynən tək ölçülü kimi default dəyərlərə sahib olur. Aşağıdakı şəkildə çoxölçülü array təsvir edilib.
Əsasən çoxölçülü array koordinat nöqtələrinin(x, y) göstərilməsini tələb edən məsələlərdə istifadə edilir.
Yuxarıdakı məsələdə iki koordinat nöqtəsinə uyğun olaraq Char elementlər daxil edilib. Daha sonra dövrdən istifadə edərək koordinatların avtomatik əldə olunmasını və elementlərin yerləşdiyi koordinatdan çağırılıb ekrana verilməsini təşkil etmişəm.