Məntiq dəyişənləri və operatorları
Boolean məntiq dəyişəni iki tip ola bilər : true (doğru) və false(yalnış). Məntiq operatorları əsasən şərtlərin yazılmasında istifadə olunur.
&& - və == - eyni dəyərdədir
|| - və ya ! - inkar, deyil
QEYD: public, class, true, false –dan başqa bütün adları dəyişənlərə vermək olar. Dəyişən adları bir hərflə, (_) aşağıdan xətlə və ya ($) dollar işarəsi ilə başlaya bilər. Dəyişənlərin böyük və ya kiçik hərflə yazılmasına diqqət edin. Əgər hər hansı əməliyyatda, ən adi println-də belə dəyişəni böyük-kiçik hərf səhvi ilə yazsanız proqram error(səhv) verəcək.