Netbeans-lə tanışlıq.
Netbeans - də yeni proqram yazmaq istədiyinizdə sizə proqramın təklif etdiyi ilk olaraq yeni layihə yaratmaqdır.
Yazacağımız proqramlar yaratdığımız layihənin tərkibində yer alacaqdır. Açılan pəncərədə bizdən nə tipli layihə yaratmaq istədiyimiz soruşulur. Biz şəkildə göstərildiyi kimi kateqoriyalardan(Categories) Java və layihələrdən(Projects) Java Application(Java Proqramı) seçirik. Sonra Next (növbəti) düyməsini sıxaraq növbəti səhifəyə keçirik.
Layihəyə ZJAVA adını verirəm. Aşağıda Create Main Class qutusunu söndürün, məndə həmin hissənin qarşısında "zjava.ZJAVA" yazısı var. Sonda Finish düyməsini sıxın.
İndi layihəmizə Java proqramı yazmaq üçün yeni fayl əlavə edək. Bunun üçün aşağıdakı şəkildə göstərildiyi kimi New File düyməsini sıxın.
Açılan pəncərədə kateqoriyadan Java və File Type(Faylın tipi) bölməsindən Empty Java File(Boş Java Faylı) sətrini seçin.
Növbəti səhifədə artıq müəyyən mənada proqram yazılışına başlayırıq.