Menu

Daxil olun Qeydiyyat

JAVA

Proqramlaşdırma dilləri - nə üçün fərlənir?

Proqramlaşdırma dilləri - nə üçün fərlənir?

Yuxarıda bildirildiyi kimi kompüter ikili say sistemindəki əmrləri anlaya bilir. Belə olan halda biz insanlar üçün bu şəkildə proqram yazmaq çox çətindir. İkili say sistemi ingilis dilində Binary(bayneri) adlanır. " http://www.binarytranslator.com " səhifəsində bunu rahat görmək olar.

Sadəcə "Alma" sözünün sağdakı ikili say sistemindəki uzunluğuna baxın. :)

Proqramçılar bu üsulu sadələşdirmək üçün 16-lıq say sistemindən istifadə etməyə başladılar. İngiliscə 16-lıq say sistemi Hexadecimal(heksadesimal) adlanır. Aşağıdakı şəkildə "Alma" sözünün 2-li və 16-lıq say sistemindəki yazılışı göstərilib.

16-lıq say sistemində proqramlaşdırmaya misal olaraq Assembler–i göstərmək olar. Proqramlaşdırmada növbəti mərhələ kimi vizual görünüşü daha rahat olan BASİC dilini misal çəkmək olar. BASİC-də verilmiş mətni ekrana çıxartmaq üçün tələb olunan əmrlər aşağıda təsvir olunub. Şəkildə göstərilən redaktor "http://www.readybasic.com" səhifəsindəndir. Bu səhifə Java dilində hazırlanıb.

BASİC-də proqrama verilən əmrlər sizin tərəfinizdən təyin olunmuş rəqəmlərin ardıcıllığına uyğun olaraq işlənir. Yazılmış hər sətir ayrıcalıqda oxunur sonra tərcümə və icra edilir. Bu üsulla işləyən proqrama "interpreter" - tərcümə proqramı deyilir. Yəni hər yazılan əmri kompüterin başa düşəcəyi dilə çevirir. Bu cür yaxınlaşma proqramın aşağı sürətdə işləməsinə səbəb olur. Əgər BASİC-də əmrlərin qabağında rəqəm yazmasan birbaşa əmrin icrasına keçir, bu səbəbdən ilk əmr PRİNT-in (çap etmək, ekrana çıxartmaq) qarşısına rəqəm qoymuşam ki, 1-ci "Salam Zabil" sözünü ekrana çıxartsın sonra 2-ci əmri İNPUT-u (daxil etmək) ekrana çıxartsın ki, məndə ona qarşılıq verim. RUN(ran)- proqramın oxunması kimi qəbul edək, proqramı işə salır. Bəs A$ nədir. $- dəyişən deməkdir. A dəyişəni($) hər hansı bir məlumatla əvəz oluna bilər. Rəqəm və ya yazı. Nəticədə isə proqram məni salamlayır və məndən cavab aldıqda sona çatır. Daha sonra yeni sətirdən yeni əmr daxil edilməsini gözləyir.


Bizi dəstəkləyənlər