Sinifləndirmək - CLASS nədir?
Təhlil üçün avtomobil obyektini götürək. Avtomobilin ban növündən, firmasından və ya ölçüsündən asılı olmayaraq obyektdəki attribute-lar və method-lar eynidir. Bu da onları eyni sinfinə daxil etməyə imkan verir. El dilində belə izah edim, yolda uzaqdan bir minik vasitəsini görəndə siz onun markasını və ya nömrəsini görməyə bilərsiniz amma onun attribute-larına görə avtomobil sinfinə aid olduğunu deyə bilərsiniz. Daha qısa şəkildə desək attribute-ları və method-ları eyni olan obyektlər bir sinfə, bir class daxilinə salına bilərlər. Eyni zamanda heyvanları, bitkiləri və s. eyni xüsusiyyət daşıyan obyektləri bir sinfə, bir class altına salmaq olar.