Menu

Daxil olun Qeydiyyat

String

String-lə dəyişənlərə dəyər qazandırmaq üçün qoşa dırnaqdan istifadə edilir. Qoşa dırnaq daxilində yazılan bütün simvollar fərz edin ki şəkil kimi qəbul edilir. Rəqəmləri rəqəm kimi deyil, rəqəmlərlə yazılmış bir görüntü kimi yadda saxlayır. Belə olduğu halda siz String dəyişəni ilə hesablama apara bilmirsiniz. Bu səbəbdən nümunədəki rəqəmlər nəticədə sadəcə yan-yana yazılmaqla kifayətləniblər.

Bildiyimiz kimi String dəyişəninə mənimsədilən mətnlər qoşa dırnaq daxilində yazılır. Bəzən mətnin daxilində qoşa dırnaq və digər funksiyalar lazım gəlir, bu zaman yuxarıdakı nümunədən istifadə edə bilərsiniz. String-in müxtəlif funksiyaları mövcuddur (\’ –tək dırnaq, \”qoşa dırnaq, \\- geri sləş, \t - TAB(8 simvol sağa boşluq), \b - Backspace(bəkspeys - bir simvol geriyə, sola pozma), \r - Carrige return(kəric ritörn- sətirbaşına qayıtma), \f - Formfeed (formfid - formanı doldurma printerlərdə istifadə olunan köhnə funksiyadır, demək olar java-da istifadə olunmur), \n –Newline(nyulayn- yeni sətir)).

QEYD: (+) işarəsi dəyişənləri görüntü olaraq yan-yana eyni sətirdə çapa vermək üçün istifadə edilir.


Bizi dəstəkləyənlər