Menu

Daxil olun Qeydiyyat

JAVA

System.out.println();

System.out.println();

Basic-də göstərdiyim nəticəni ekrana çıxartmaq üçün istifadə olunan əmr print-in artıq JAVA-dakı istifadəsini görürük. Proqramlaşdırma dilinin imkanları genişləndikcə yazı stilidə dəyişmişdir. Burdakı ekrana çıxartmaq üçün istifadə olunan yazı şəklinin mürəkkəbliyi proqramın digər imkanlarının da olmasından xəbər verir. System(sistem), Out(aut-çöl), println(print line(layn)-yeni sətirdən çap et) hərfi mənada da məqsədini aydın edir “məlumatı sistemdən çölə çıxart və yeni sətirdən çap et”.

Qeyd: System.out.println(); -bu yazını sadəcə “sout” yazıb sonra TAB düyməsinə basaraq sürətli şəkildə daxil edə bilərsiniz.

Qeyd: Println – yeni sətirdən çap edir, print isə eyni sətirdən çapı davam edir.


Bizi dəstəkləyənlər