K düyməsi
K düyməsi iş masası üzərində vacib obyektlərindəndir. Bu düymə (Windows –da Start düyməsinin analoqu) menyünu çağırmaq üçün xidmət edir. Bu düymənin köməyi ilə istədiyiniz programı işə sala bilərsiniz, hətta programin işarəsi panel üzərində olmsa belə. Əlavə programı işə salmaq üçün sadəcə düyməyə basın. Siz müxtəlif kategoriyalarının siyahısını və bir neçə xüsusi bölməni görəcəksiniz. Kursoru sağa doğru baxan ox işarəsi olan kategoriyanın üzərinə gətirdikdə yeni menyu açılacaq. İşə salmaq istədiyiniz proqrami tapdıqda onun üzərində siçanın sol düyməsi ilə vurun. Windows –un əsas menyusunda görməyə vərdiş etdiyiniz əmrlərin analoqlarının burada olduğunu müşahidə edə bilərsiniz. Əbəs yerə deməmişlər ki, integrə olunmuş grafik gabqların arasında KDE Windows –a ən yaxınıdır.