1. Windows üçün virtual maşını endirmək
Hal-hazırda Windows üçün bir çox virtual maşınlar var. Lakin, ən məşhurları Vmware Workstation və VirtualBox-dur. Bu dərsdə sizə Virtual Box-da Ubuntu-nun quraşdırılmasını izah edəcəyəm.
Mən Vmware Workstation istifadə edirəm. İstifadəsi və quraşdırılması sadədir.
VirtualBox proqramı Sun şirkəti tərəfindən istehsal olunub və pulsuz yayılır. Proqramı siz tamamilə pulsuz şəkildə və qanuni şəkildə öz rəsmi saytından endirə bilərsiniz. Sizin kompüterinizdə Windows ƏS-nin neçə bitlik olmasından asılı olmayaraq, bu linkdən istifadə edə bilərsiniz, çünki bu linkdəki .exe faylı həm 32, həm də 64 bitlik ƏS üçün uyğundur:
http://download.virtualbox.org/virtualbox/4.1.18/VirtualBox-4.1.18-78361-Win.exe
Əgər bu linkdən istifadə edə bilməsəniz, onda Google-da "VirtualBox for Windows hosts x86" (32-bit) və ya "VirtualBox for Windows hosts x64" (64-bit) axtarmaqla endirə bilərsiniz.