Menu

Daxil olun Qeydiyyat

Addım 19

Uzun müddətdir ki, bu virtual maşında Ubuntu 12.04-ün quraşdırılmasında problemlə qarşılaşırdım. Belə ki, 18-ci addımda göstərdiyim qara ekran donub qalırdı, login edirdim, qrafik interfeysi endirməyə çalışırdım, alınmırdı. Lakin dostum Vüqar bu problemin həllini tapdı :) Bildirdi ki, login etdikdən sonra, startx əmrini verib, gözləmək lazımdır ki, qrafik rejim işə düşsün. Buna görə ona xüsusi təşəkkürlər. Deməli, "ubuntu login: " sözünün qarşısında Ubuntu-nu quraşdırarkən yaratdığınız istifadəçi adını yazıb "Enter" düyməsinə sıxırsınız. Növbəti sətirdə "Password: " yazısı görünəcək. Bu zaman parolunuzu yazıb bir daha "Enter" düyməsini sıxırsınız. Terminal sizin əmr vermənizə hazır olduğu zaman "startx" yazıb "Enter" düyməsini sıxırsınız və gözləyirsiniz. Bu zaman Ubuntu-nun qrafik rejimi açılacaq. Sistem tam quraşdırılmış şəkildə qarşısınızdadır :) Buyurub tənzimləyə və istifadə edə bilərsiniz. Gördüyünüz kimi, Ubuntu çox gözəl qrafik rejimə malikdir:
 


Bizi dəstəkləyənlər