Menu

Daxil olun Qeydiyyat

Linux

Arxivator və sıxışdırma proqramları

Arxivator və sıxışdırma proqramları

İstənilən ƏS-də iş zamanı tez-tez lazımlı informasiyanın rezerv nüsxəsini yaratmaq lazım gəlir. Bunun üçün arxivator və sıxışdırma proqramları lazım olur.
Linux ƏS-nin xidmətləri komplektinə, bir qayda olaraq, bir neçə arxivator və sıxışdırma proqramları daxildir. Lakin, Unix-əsaslı ƏS-ləri üçün de facto əsaslı standartına əsasən tar arxivator və gzip (GNU zip) sıxışdırma proqramı var.
Bundan başqa bir neçə arxivator və sıxışdırma proqramlarının adını qeyd etmək olar: bzip2, zip və s.
Windows-da istifadə etdiyimiz .rar, .zip, .7zip və s. bu kimi arxiv fayllarını Linuxda da istifadə etmək, həmin arxivlərdən faylları çıxarmaq və s. mümkündür.

tar arxivator proqramı
tar (GNU tar - GNU tape archiver) - arxivlərin yaradılması üçün proqramdır. Müasir tar proqramı sıxışdırmanı da dəstəkləyir, lakin, Linux və Unixin daha əvvəlki versiyaları ilə uyğunluğu təmin etmək üçün sıxışdırılmış .tar arxivindən istifadə etmək məsləhət görülür. Belə ki, onu yaratdıqdan sonra sıxışdırma utilitlərdən biri ilə sıxışdırmaq lazımdır.

tar əmrinin sintaksisi aşağıdakı kimidir:
tar <options> <file_name>
Burada aydındır ki, options hissəsində əmrin parametrləri olacaq.
tar - müxtəlif parametrlərə malikdir. Onlardan ən çox istifadə olunanlara baxaq:
-c - arxiv yaratmaq;
-r - faylları arxivə əlavə etmək;
-A - tar faylların tərkibindəki arxivə əlavə etmək;
--delete - arxivdən faylları silmək (arxiv lentlərində istifadə etmək mümkün deyil);
-t - arxivdəki faylların siyahısını çap etmək;
-x - arxivdən faylları çıxarmaq;
-f - informasiya fayldan çıxarılacaq;
-v - yerinə yetirilən işlər haqqında ətraflı məlumatı ekrana çıxarır.

İndi isə, bu parametrlərlə birgə tar əmri vasitəsilə bəzi əməliyyatları yerinə yetirək:
tar -cvf leyla.tar aliyeva - leyla.tar adlı yeni arxiv faylı yaradır və aliyeva faylını həmin arxivə salır;
tar -cvf leyla.tar a1 a2 a3 - leyla.tar adlı yeni arxiv faylı yaradır; a1, a2, a3 fayllarını həmin arxivə salır və gzip sıxışdırma proqramı vasitəsilə həmin arxivi sıxışdırır.
tar -cvfz leyla.tar.gz aliyeva - leyla.tar adlı yeni arxiv faylı yaradır və aliyeva faylını həmin arxivə salır;
tar -tf leyla.tar - leyla.tar arxivinin içindəki faylları göstərir;
tar -xvf leyla.tar - leyla.tar arxivindəki faylları çıxarır və cari kataloqa yerləşdirir;
tar -xvf leyla.tar -c /tmp - leyla.tar arxivindəki faylları çıxarır və /tmp qovluğuna yerləşdirir.

gzip sıxışdırma proqramı
gzip - faylların sıxışdırılması utilitidir. Sintaksisi aşağıdakı şəkildədir:
tar <options> <file_name> - file_name adlı faylı sıxışdırır və ya aşağıda göstərilən parametrlərə uyğun olaraq digər işləri yerinə yetirir.
-d - sıxışdırılmış faylı öz orijinal formasına bərpa edir;
-t - arxivin tamlığını yoxlayır;
-v - yerinə yetirilən işlər barədə ətraflı məlumatı ekrana çıxarır.
-9 - arxiv faylını maksimum dərəcədə sıxışdırır;
gunzip əmri isə arxiv faylını açır və içindəki faylları arxivdən çıxarır.


Bizi dəstəkləyənlər