Linux-un fayl sistemləri. Linux-da kök fayl sistemləri və standart kataloqlar. Linux-da faylların adları
Hər bir ƏS bir neçə fayl sistemini özündə saxlayır, məsələn, Windows FAT, FAT32, NTFS, ISO9660, UDF və s. fayl sistemləri. Linuxda fayl sistemlərini 2 yerə bölmək olar:
1. Kök fayl sistemi kimi istifadə olunan fayl sistemləri;
2. ƏS-ni təşkil edən, lakin, Linuxun quraşdırılmasında istifadə olunmayan fayl sistemləri.
Kök fayl sistemi kimi aşağıdakı fayl sistemləri qəbul olunur:
ext – Linuxun ilk fayl sistemidir. Linuxun əvvəlki versiyalarında istifadə olunub.
ext2 – Linuxun standart, lakin, köhnəlmiş fayl sistemidir. Uzun müddət bütün distributivlərdə istifadə olunub. Daha sonra ext3-lə əvəz olunub.
ext3 – ext2 fayl sisteminin modifikasiya olunmuş versiyasıdır. Ondan fərqli olaraq, özündə jurnal saxlayır. Bu fayl sistemi ilə birlikdə bölmənin maksimum ölçüsü 4 Tb-dır. Lakin, nüvəsi 2.6 versiyalı olan Linux 16 Tb-lıq bölməni dəstəkləyir. Faylın max ölçüsü 1 Tb-dır.
ext4 – Linuxun yeni fayl sistemidir. ext4-ü Linux 2.6.28 versiyaları dəstəkləyir. Bu fayl sistemi ext3 fayl sistemini ilə müqayisə etsək, onda görərik ki, ext4 – ext3-dən daha çox fərqlənir. Bölmənin maksimum 1024 Pb (1 Eb-dır)-dır. Faylın maksimal ölçüsü 2 Tb-dan çoxdur.
Rieser FS – fayl siteminin əsas xüsusiyyəti bir blokda bir neçə kiçik faylın saxlanmasl ilə bağlıdır. Məsələn, əgər sizdə blokun ölçüsü 4 Kb-dırsa, onda oraya 1Kb-lıq 4 fayl yerləşdirmək olar.
Bundan başqa digər çoxlu fayl sistemləri haqqında danışmaq olar. Lakin, hal-hazırda Linuxun fayl sistemi ext4-dür.
Linuxun quraşdırılması zamanı sizin sərt diskin seçdiyiniz hissəsində Linuxun kök fayl sistemi yaranır. Kök fayl sistemi standart kataloq və utilitlər yığımını özündə saxlayır,bunlarsız Linuxun işləməsi mümkün deyil.
Kök fayl sistemi / ilə işarə olunur. Fayla müraciət mütləq kök fay sistemindən başlamalıdır.
Kök fayl sisteminin əsas kataloqları.
/ – kök kataloq;
/bin – Linuxun standart utilitlərini saxlayır;
/boot – GRUB yükləyicisinin (zaqruzçik) konfiqurasiya fayllarını, kernel obrazlarını, Initrd fayllarını saxlayır;
/dev – cihaz fayllarını saxlayır (device);
/etc – ƏS-nin konfiqurasiya faylları və şəbəkə xidmətinin fayllarını ayrı-ayrı faullarda özündə saxlayır;
/home – istifadəçilərin ev kataloqlarını özündə saxlayır. İstifadəçilərin ev kataloqlarında faylların, həmçinin, müxtəlif proqramların istifadəçi tənzimləmələrini saxlayır;
/lib – burada nüvənin müxtəlif kitabxanaları və modulları yerləşir;
/misc – bu kataloqda hər şey ola bilər;
/mnt – bu kataloqda əsasən fayl sistemlərinin birləşmə nöqtələri saxlanılır;
/proc – bu, tam olaraq kataloq deyil, procfs fiktiv fayl sistemlərinin kataloqudur. Bu fayl sistemləri proseslər haqqında informasiyanın verilməsi üçün istifadə olunur;
/root – root istifadəçisinin kataloqudur. Qeyd edim ki, root istifadəçisi maksimal səlahiyyətli istifadəçidir;
/sbin – sistemi idarə etmək üçün utilitlər yığımıdır. Bu utilitləri yalnız root istifadəçisi işə saa bilər;
/tmp – “zibil qabı”, yəni, müvəqqəti faylların saxlandığı kataloq;
/usr – istifadəçi proqramlarını özündə saxlayır;
/var – daimi olaraq dəyişən sistemlər, məsələn, poçt qutuları, çap növbəsi və s.
Bildiyiniz kimi Windowsda faylların adları 2 hissədən ibarətdir: Faylın adı və genişlənməsi. Faylın genişlənməsi faylın tipini müəyyən etməyə imkan verir. Linuxda ümumiyyətlə faylın genişlənməsi anlayışı yoxdur. Əgər Windowsda index.html adında fayl varsa və son 4 simvol (html) faylın genişlənməsidirsə, onda Linuxda bu, nöqtədən sonra sadəcə 4 simvoldur. Faylın adı haqqında aşağıdakı 4 faktı bilmək lazımdır:
Faylın adı bu simvolları saxlaya bilməz: / \ ? < > * “ |
Faylın adının maksimal uzunluğu 254 simvoldur;
Linux - faylın adında hərflərin böyük və ya kiçik olmasına qarşı həssasdır. Məsələn, INDEX.html və index.html – 2 müxtəlif fayldır;
Linuxda faylların adlarında kiril əlifbasının hərflərindən istifadə etmək məsləhət deyil. Bu fayllarla Linux rahat işləyir, lakin, başqa ƏS-nə ötürüldüyü zaman problemlər yarana bilər;
Fayla gedən yolun elementləri / işarəsi ilə ayrılır.