Menu

Daxil olun Qeydiyyat

Linux

Linux-un kompüterə quraşdırılması. Terminalla tanışlıq (konsol)

Linux-un kompüterə quraşdırılması. Terminalla tanışlıq (konsol)

Linux-un kompüterə quraşdırılması


Ubuntu, Linuxun distributivləri arasında ən sadə şəkildə quraşdırılanıdır və həmçinin, istifadəsi asandır. Buna görə də sizə Linuxun quraşdırılmasını izah etmək üçün Ubuntunu seçmişəm. Gələn dərslərdən birində isə CentOS-un quraşdırılmasını şəkillərlə izah edəcəm :)
Hər şeydən əvvəl köhnə məlumatlarınızla ehtiyatlı olmaq lazımdır :)
Əgər kompüterinizdə başqa bir ƏS ilə yanaşı Ubuntunu da quraşdırmaq istəyirsinizsə, onda sizin kompüterin sərt diskində yeni sistem üçün bölmə olmalıdır.
İndi mən bir az Windows terminologiyası ilə danışacam (lokal disk, C,D diskləri və s.). Windows ƏS-də sizin kompüterinizdə C: lokal diski olmalıdır ki, bu diskdə də sizin sistem yazılıb (adətən belədir), D: diski (CD-ROM olmayan lokal disk) də olamlıdır ki, siz ona Ubuntunu quraşdıra biləsiniz. Qeyd edim ki, Ubuntu quraşdırılmadan öncə D: diskini formatlayacaq. Buna görə də siz əvvəlcə bu diskdəki bütün məlumatları başqa yerə köçürməlisiz, əks halda, hamısı itəcək. İkinci sistemi quraşdırmaqla siz kompüteri işə saldğınız zaman istədiyiniz sistemi seçib, həmin sistemdə işləməlisiz.

Ubuntunu endirək
Sistemin quraşdırlması üçün bizə quraşdırma diski lazımdır (sadə şəkildə desək format diski:) ). Ubuntunun son versiyasının (Ubuntu 12.04) quraşdırıcı diskini və ya .iso faylını aşağıdakı linkdən endirə bilərsiniz:
Ubuntu 12.04 Desktop (32 bit)
Ubuntu 12.04 Desktop (64 bit)

Seçim qarşısında qalmısızsa, onda 32 bitlik Ubuntunu endirmək məsləhətdir. Quraşdırıcı diskin obrazını endirdikdən sonra, onu boş CD diskə yazmaq lazımdır.

Ubuntunun quraşdırılması
Beləliklə, sizin quraşdırıcı diskiniz var. Ubuntunu quraşdırmağa başlayaq.
Bu diski diskovoda qoyaq, kompüteri yenidən işə salaq (restart verək) və quraşdırma-proqramının təlimatlarına əməl edək. Əgər kompüter yenidən işə salındıqdan sonra sistem CD-dən yox, vinçesterdən yüklənərsə, onda aşağıdakılar etmək lazımdır:
Kompüteri ikinci dəfə işə salarkən Del, F12 və ya ekranda qeyd olunmuş digər düyməni sıxmaqla BIOS-un tənzimləmələrinə daxil olmaq;
BIOS-da qurğuların sırasını dəyişmək (hansı qurğudan sistem yüklənirsə (Boot)), CD-ROM-u siyahıda birinci etmək;
Ubuntunun quraşdırılması prosesi təxminən 15 dəq davam edir və sonda kompüterdən yenidən işə salınmasını (restart) tələb edir. Lakin, quraşdırılmağa başlamadan öncə aşağıdakıları yerinə yetirmək lazımdır. Daha yaxşı olar ki, qarşınıza çıxacaq sualları indidən həll edəsiniz.

Ubuntunun quraşdırılması prosesinə ümumi baxış
1-ci addım
Əvvəlcə quraşdırıcı disk sizə dil seçməyi təklif edəcək. Bu, sizə quraşdırılma təlimatının hansı dildə göstərilməsi üçün lazımdır. Klaviaturadakı yuxarı və aşağı oxlarla istədiyiniz dili seçə bilərsiniz. Tutaq ki, rus dilini seçmisiz. Daha sonra Enter düyməsini sıxın.

2-ci addım
Quraşdırıcı sizdən aşağıdakılardan birini seçməyi soruşacaq:
· "Запустить Ubuntu без установки на компьютер" – Ubuntunu kompüterə quraşdırmamış işə salmaq;
· "Установить Ubuntu" – Ubuntunu quraşdırmaq;
· "Проверить CD на наличие ошибок" – CD-də səhvlərin olub olmamasını yoxlamaq;
· "Загрузиться с первого жёсткого диска"- İlk sərt diskdən yüklənmək.

Biz "Установить Ubuntu" ( Ubuntunu quraşdırmaq)-nu seçirik və "Enter" düyməsini sıxırıq.

3-cü addım
İndi isə sizə təklif olunur ki, sistemin hansı dildə olmasını seçəsiniz. Mən yenə rus dilini seçirəm :) və "Вперёд" düyməsinə klikləyirəm.

4-cü addım
Daha sonra regionu və saat qurşağını seçin.

5-ci addım
Klaviaturanın dilini seçin. Bu dili sizə quraşdırıcı özü təklif edəcək. Bizim seçimə əsasən "Предлагаемая раскладка: Russia" olacaq. Burada siz öz seçiminizi də edə bilərsiniz.

6-cı addım
Ubuntunu quraşdırmaq istədiyiniz sərt disk bölməsini seçin. Bir daha qeyd edim ki, bu bölmədəki bütün məlumatlar itəcək.

7-ci addım
Daha sonra kompüterin adını vermək və birinci istifadəçinin məlumatlarını daxil etmək təklif olunur. Sistemə daxil olmaq üçün qeyd etdiyiniz istifadəçi adı və parolunu unutmayın. İstifadəçi adı latın hərflərindən və rəqəmlərdən ibarət olmalıdır.

8-ci addım
Daxil olunan məlumatların doğruluğunu yoxlayın və "Установить"-ə klikləyin. Bundan sonra sistemin quraşdırılması başa çatana qədər sizdən heç nə tələb olunmur.

9-cu addım
Sistemin quraşdırılması başa çatdıqdan sonra sizə kompüterin yenidən işə salınması təklif olunur. “OK”-ə kliklədikdən sonra kompüter yenidən işə düşəcək. Kompüterin işi bitdikdən sonra sistem sizdən quraşdırıcı diski çıxarmağı soruşacaq (ingilis dilində). Çıxarmaq üçün Enter düyməsini sıxın.Bununla da Ubuntunun quraşdırılması başa çatır.

 

Terminalla tanışlıq (konsol)


Linux ƏS başlanğıcda ümumiyyətlə qrafik rejimsiz yaradıldığından, bu ƏS üçün yazılmış proqramların əksəriyyəti mətn rejimində işləyir. Elə prorqmlar da var ki, qrafik interfeysə malikdir, lakin, o olmadan da işləyə bilir.
İndi gəlin terminalı işə salaq. Bunun üçün Applications (Tətbiqetmələr) bölməsindən Terminal-ı tapa bilərsiniz.
P.S. Əslində sizə terminalın tam yolunu izah edə bilərdim. Amma, hər distributivdə bir az fərqli yerdə olduğu üçün özünüzün tapmağınız məsləhətdir. Məsələn, Fedora 16-da Applications – System tools – Terminal, Fedora 17-də isə Activities – Applications – System Tools – Terminal və s.
Hər şey qaydasındadırsa, ekranda Terminal görünəcək.

Əmr verməzdən öncə terminalda gördüyümüz yazını aydınlaşdıraq.
[liveuser@localhost ~] $
liveuser - əmrlər bu istifadəçinin adından işə salınacaq və yerinə yetiriləcək; @ işarəsindən sonrakı localhost isə kompüterin adıdır. Bu adı siz sistemi quraşdırarkən təyin etmisiniz. ~ işarəsi istifadəçinin ev kataloqunu göstərir və hal-hazırda sizhəmin qovluqdasınız. $ - simvolu yalnız o halda # kimi də göstərilir ki, siz root user (yəni superistifadəçi) kimi işləyirsiniz. Sizə tanış olmayan bütün bu anlayışlar barədə bir-bir məlumat verəcəm.
Misal üçün konsolda (terminalda) bir neçə əmr yerinə yetirək.
Terminalda aşağıdakı əmri verin və ENTER düyməsini sıxın.
pwd (print working directory – cari kataloqu çap et) – bu əmr cari qovluğu göstərir. Yəni, siz hal-hazırda hansı qovluqdasınız.

Bu əmri verdiyiniz zaman
/home/liveuser
yazısını görəcəksiniz. Bu da sizin cari kataloqu göstərir. Deməli, siz kök /home kataloqunda yerləşən /liveuser qovluğundasınız. /home kataloqu haqqında sizə keçən dəsrlərimizdə məlumat vermişdim. Bir daha qeyd edim ki, istifadəçilərin ev kataloqları bu qovluqda yerləşir.
Gəlin indi baxaq görək bizim cari kataloqda nələr var. Bunun üçün ls (list - siyahı) əmrindən istifadə edəcəyik.

Gördüyünüz kimi ekranda cari kataloqdakı qovluqlar göründü. Aydındır ki, əgər bu əmri başqa qovluqda versək başqa nəticə alacağıq.
Gəlin, indi də gördüyünüz qovluqlrdan birinə daxil olaq. Bunun üçün cd (change directory – qovluğu dəyişmək) əmrindən istifadə edəcəyik. Əmri aşağıdakı şəkildə vermək lazımdır:
cd Documents
(Documents – daxil olacağımız qovluğun adıdır. Siz istədiyiniz qovluğun adını yaza bilərsiniz). Bu zaman Documents qovluğuna daxil olacağıq.
 

P.S. Əmrləri istifadə etdikcə yadınızda saxlamağa çalışın.

Gördüyünüz kimi terminalda əmrlər göstərdiyim kimi verilir. Nə düşünürsünüz? Çətin deyil hə? :) Yoxsa necə?
Əslində Windows ƏS-dən Linuxa keçmək istəyənlər əmrlərin çoxluğu və mürəkkəbliyindən çəkinirlər və ya bunu əsas səbəb kimi göstərirlər. Məndə də belə olmuşdu :) Amma, əslində belə deyil. Başlanğıcda əmrlər yadda qalmasa da, zamanla, çox işlədikcə yaddaşınıza həkk olunacaq. İşlədikcə sizə də çox maraqlı gələcək əmrlər :)
 

 


Bizi dəstəkləyənlər