Menu

Daxil olun Qeydiyyat

Linux

Linux-un virtual maşında quraşdırılması (Virtual Box). Linux-un virtual maşında quraşdırılması (VMWare Workstation)

Linux-un virtual maşında quraşdırılması (Virtual Box). Linux-un virtual maşında quraşdırılması (VMWare Workstation)

Linux-un virtual maşında quraşdırılması (Virtual Box)


Öz kompüterinizdə؟ virtual maşında Linux-u quraşdırmaq üçün sizə xüsusi bölmə və ya xüsusi disk lazım deyil. Adət etdiyiniz ƏS-də (məsələn, Windows) Linux-u asanlıqla quraşdıra bilərsiniz. Lakin, bunun üçün kompüterinizdə xüsusi proqram, yəni, virtual maşın olmalıdır.
Virtual maşın - proqram şəklində bir kompüterdir. Həmin virtual maşında işləyən proqramlar virtual maşına normal kompüter kimi müraciət edir və virtual maşın öz növbəsində həmin müraciətlərə kompüter kimi reaksiya göstərir. Bir sözlə, kompüteri emulyasiya edir.
Virtual maşın (proqram) fiziki kompüteri emulyasiya edir, buna görə də, virtual maşının:
· BIOS-u;
· Vinçestri (sizin sərt diskdə ayrılmış yer);
· CD-ROM (sizin CD-ROM və ya qoşulmuş ISO-obraz);
· Sizin real maşın, şəbəkə resursları və ya digər virtual maşınlarla əlaqə üçün şəbəkə adapteri;
Virtual maşını kompüterin "sahib"i olan ƏS-də (məsələn, Windows-da) quraşdırmaqla, siz onda başqa "qonaq" ƏS-ni (məsələn, Linux) quraşdıra bilərsiniz. Belə ki, "qonaq" ƏS "düşünəcək" ki, birbaşa kompüterə quraşdırılıb. Məsələn, əgər "sahib" ƏS - Windows, "qonaq" ƏS isə - Linux-dursa, onda sizin kompüter Windows tərəfindən idarə olunur, Linux isə Windows-un pəncərələrindən birində işləyir. "Qonaq" Linux-u, "sahib" Windows-da quraşdırmaq üçün aşağıdakıları etmək lazımdır:
1. Windows üçün virtual maşını (proqramı) endirmək;
2. Onu kompüterdə (Windows-da) quraşdırmaq;
3. Virtual maşın nümunəsi yaratmaq;
4. Linux-u virtual maşına quraşdırmaq.


Bizi dəstəkləyənlər