Menu

Daxil olun Qeydiyyat

II C interfeysi

IC ,yaxud I2C (IIC-Intellectual-Integrated Circuit-inteqrə edilmiş intellektual interfeys) interfeysi məlumatın ardıcıl asinxron–sinxron rejimdə 2 istiqamətli ötürülməsini təmin edir. I2C interfeysinin şini fiziki olaraq 2 siqnal xəttindən ibarətdir: SDA(Serial Data/Address -Ardıcıl Verilən/ünvan) verilənlər/Slave ünvanı kodlarının ötürülməsi üçün ; SCL(Serial Clock/level- Ardıcıl sinxronlaşma) zamana görə uzlaşdırma (strobronlaşdırma) və qida gərginliyi səviyyəsi üçün. Standart rejimdə ötürücü xətlərin uzunluğu 2m-ə, məlumatın ötürülməsi sürəti isə 100-400 Kbit/san (Kbod) çatır.

MK-li sistemdə hər bir qurğu (MK, LCD, yaddaş, yaxud klaviatura) özünə məxsus ünvan ilə tanınır və qurğunun təyinatından asılı olaraq I2C interfeysində qəbuledici/ötürücü,yaxud qəbuledici və ötürücü ola bilər. Bu interfeyslə qoşulan qurğular arasında məlumatın ötürülməsi master - slave prinsipi üzrə yerinə yetirilir və əlavə olaraq Multi-master rejimi dəstəklənir. Master qurğu məlumatın ötürülməsinin inisiatoru olub, sinxro(strob) impulsları hasil edir və məlumatın mübadiləsini yekunlaşdırır. Slave qurğu isə master tərəfindən ünvanlaşdırılır və onun sorğularına cavab verir. I2C interfeysinə qoşulan qurğuların sayı 128-əqədər ola bilər. Multi-master rejimində bir neçə master-qurğu tərəfindən şinin zəbt edilməsi cəhdi ilə əlaqədar konfliktlər xüsusi arbitor tərəfindən məlumat mübadilədə iştirak

2 ədəd MK-nın və periferiya qurğularının I2C interfeysinin SDA və SCL şinlərinə bağlanması strukturu şəkil 7.5-də göstərilmişdir. Burada 1-MKa, 2-ADC , 3-statik OYQ yaxud PSYQ, 4-MKb, 5-LCD kimi işarələnmişdir. Sistemdə Master funksiyası , adətən, MK-lər tərəfindən yerinə yetirildiyindən qəbuledici /ötürücü olan MKi və MKj arasıda məlumat mübadiləsi zamanı onların qarşılıqlı münasibətləri baxılan anda verilənlərin ötürülməsi istiqamətindən aşağıdakı kimi asılı olur:

1.MKa-dan məlumat MKb-yə göndərildiyi halda:

Master olan MKa slave olan MKb-ni ünvanlaşdırır.

MKa verilənləri MKb-yə ötürür.

MKa ötürməni yekunlaşdırır.

2. MKb-dən məlumat MKa-ya göndərildiyi halda:

MKa MKb-ni ünvanlaşdırır.

Master MKa slave MKb -dən məlumatı qəbul edir.

MKa ötürməni yekunlaşdırır.

Hər iki halda master MKa strob impulslarını hasil edir. Bu impulsların tezliyi daha aşağı sürətli slave qurğusunun tələbi ilə azaldıla bilər.

I2C interfeysinin SPI-dan fərqi ondan ibarətdir ki, Multi-master rejimində işləyə bilir,eləcə də asinxron və sinxron rejimləri özündə birləşdirir.Master qurğu inisiator olaraq mübadilənin başlanması üçün Start əlamətini verir , Slave-nin ünvan kodunu hasil edərək ümumi SDA şininə çıxarır və mübadiləni yekunlaşdırır. Slave qurğu öz ünvanını aşkar etmək üçün SDA-ya “qulaq asır” və SCL xəttinin “0” vəziyyətini müəyyən müddət saxlaya bilir.Axırıncı hal onu nəzərdə tutur ki,Slave-də növbəti baytın emalı ilə əlaqədar SCL=0 saxlamaqla Master-nin işi Slave-ə uyğunlaşdırılır (şək. 7.6-da zaman diaqramındakı qırıq xətlər).Start və Stop əlamətlərinin kodlaşdırılması üçün SCL –nin vəziyyətinin dəyişməsindən istifagdə edilir.Belə ki, Start—üçün SDA<0 və SCL=”1”,Stop üçün isə SDA>0 və SCL=”1” olmalıdır.SCL-də “0”-dan “1”-ə keçid andakı impulsla SDA-da bitlərin ötürülməsi başlanır.Baytın qəbul edilməsinin təsdiqini göstərən ACK siqnalı SCL-də mənfi gərginlik səviyyəsi kimi ötürülür. Master qurğu Start-dan sonra Slave-nin A(0-7) ünvan kodunu SDA-ya çıxarır. Burada A0 biti -R/W-məlumatın ötürülməsi istiqamətini,A(1-7) bitləri isə ünvanı göstərir(128 ədəd Slave qurğu).SDA ilə ötürülən data baytının hər bir biti üçün SCL-də strob siqnalı (SCL=”1” impulsu) verilir.

I2C interfeysinin təmiz asinxron rejimdan fərqi odur ki,ötürülən bitlər stroblaşdırılır.Sinxrondan fərqli olaraq isə strob siqnallari kontroller daxilində hasil edilir və qurğularda xüsusi generatorun olmasını tələb edilmir. Slave-nin SCL=0 vəziyyətinin saxlanılması imkanı hesabına məlumatın ötürülməsi üçün strob tezliyi dəyişdirilə biir.

Şək. 7.7–də I2C dəstəkli MSP430F tipli MK-nin xarici EEPROM mikrosxeminə bağlanması göstərilmişdir.Burada SDA və SCL siqnalları MK-nın P2 portunun P2.0 və P2.1 xətləri ilə ötürülür. I2C interfeysində şinlərin uzunluğu 2m, məlumatın ötürülməsi sürəti isə 400Kbd ilə məhdudlaşdığından bir-birindən üzaq məsafədə yerləşən terminalların qoşulması üçün istifadə edilmir.


Bizi dəstəkləyənlər