Menu

Daxil olun Qeydiyyat

Mikrokontroller Texnikasi

MPLAB İDE virtual laboratoriyasının strukturu və iş prinsipi

MPLAB İDE virtual laboratoriyasının strukturu və iş prinsipi

MPLAB IDE (Integrated Dvelopment Environment) obyektə inteqrə edilmiş mikroproseesorlu/mikrokontrollerli sistemlərin layihələndirilməsi üçün nəzərdə tutulmuşdur. MPLAB IDE virtual laboratoriya olaraq 32bitli Windows ƏS mühitində işləyir.

MPLAB IDE –nin əsas proqram komponentləri aşağıdakılardır:

MPLAB SİM –yüksək sürətli proqramlı emulyator olub MK-nin registrlrini,periferiya dövrələrini və həyacanlandırıcı giriş siqnallarını modelləşdirir.

MPASM TOOLSUİTE –Assembler/C dilləri üçün mətn redaktoru olub proqramların yazılmasını ,yoxlanılmasını və translyasiya edilərək obyekt koduna çevrilməsini təmin edir.

MİCROCHİP MPASM TOOLSUİTE proqram dəsti öz növbəsində aşağıdakı hissələrdən ibarətdir:

MPASM ASSEMBLER(mpasmwin.exe)

MPLINK Object Linker (mplink.exe)

MPLIB Librarian (mplib.exe)

MPLAB İDE sistemində MİCROCHİP qurğularının (PİC mikrokontrollerlərinin, yaxud dsPİC rəqəmli siqnal prosessorlarının ) proqramlanması və işə sazlanması müəyyən LAYIHƏ (PROJECT) mühitində yerinə yetirilir. SUM16.ASM adlı Assembler proqramının yaradılması və onun üçün obyekt kodun hasil edilməsi misalında MPLAB İDE sistemində yerinə yetirilməli olan əməliyyatlar ardıcıllığı aşağıdakı kimi göstərilə bilər:

 

1) MPLAB İDE-nin əsas pəncərəsində FILE/NEW əmri ilə açılan UNTITLED pəncərəsində ilkin Assembler proqramının əmrləri yazılır,yaxud ASM genişlənməli fayl kimi buraya köçürülür.

 

 

2) FILE/ SAVE AS əmri ilə açılan MPASM SUITE pəncərəsindən EXAMPLE qovluğu seçilərək yazılmış Assembler proqramının adı ASM genişlənməsi iləyadda saxlanılır(şək.5.1).

3) C:/PROGRAM FILES/MICROCHIP/MPASM SUITE/EXAMLE/ SUM16.ASM adlı açılan pəncərədə Assembler proqramının nömrələnmiş sətirləri əmrlər göy rəngdə olmaqla göstərilir (şək.5.2).

4) MPLAB İDE-nin əsas pəncərəsində PROJECT/ PROJECT WIZARD əmri ilə açılan 1-ci PROJECT WIZARD pəncərəsində DEVİCE çubuğundan proqramlanacaq MK-nin modeli seçilir(məsələn,PİC16F84) və təsdiqlənir (şək.5.3).

5) PROJECT WIZARD –nın bundan sonra açılan 2-ci pəncərəsindən ASSEMBLER/C dilləri seçilir. Assembler translyatoru olan MPASM ASSEMBLER –nin mpasmwin.exe faylı bu pəncərədən aktivləşdiriləcək komponentlərindən biri kimi seçilir.BROWSE düyməsi ilə bu faylın yeri yenidən təyin edilə bilər(şək.5.4).

6) PROJECT WIZARD –nın bundan sonra açılan 3-cü pəncərəsində yaradılacaq layihə faylının adı yazılır,yaxud BROWSE düyməsi ilə seçilərək təsdiqlənir (şək.5.5).

7) PROJECT WIZARD –nın 4-cü pəncərəsində yaradılmış layihəyə aid olan fayllar siyası verilir.Bu siyahıdan fayllar ADD ,yaxud REMOVE düymələri ilə daxil edilib-çıxarıla bilər.Təsdiqdən sonra PROJECT WIZARD –nın sonuncu pəncərəsi açılır(şək.5.6).

8) Təsdiqdən sonra PROJECT WIZARD –nın sonuncu pəncərəsi açılır.Burada MK-nin modeli, istifadə edilən translyator,layihə faylının yolu göstərilmiş olur.Məlumatlar təsdiqlənməsi FİNİSH düyməsi ilə olur(şək.5.7).

9) MCW genişlənməli yeni pəncərədə layihənin tərkibindəki qovluqlar (Source,Header,Object,Library,Linker ) verilir. Mausun sağ düyməsindən SOURCE FILES/ADD FILES əmri ilə açılan MPASM SUITE pəncərəsindən EXAMPLE qovluğu seçilir və buradan translyasiya ediləcək SUM16.ASM faylı açılır.Uyğun əməliyyat Header üçün edilərək açılan MPASM SUITE -da MK-nin adına uyğun olaraq P16f84.İNC yazılır,yaxud seçilir .

10) MPLAB İDE-nin əsas pəncərəsində Project/MAKE əmri ilə ASM faylı translyasiya edilir. Translyasiyanın nəticəsi açılan OUTPUT pəncərəsində verilir.Müvəffəqiyyətli nəticə halında DEBUGGER/SELECT TOOL/MPLAB SİM əmri ilə emulyator aktivləşdirilir və əsas pəncərədə emulyatorun RESET,STEP BY STEP,HALT,RUN düymələri yaranır (şək.5.8).

11) RESET basıldıqdan sonra C:/PROGRAM FILES/MICROCHIP/MPASM SUITE/EXAMLE/ SUM16.ASM adlı açılan pəncərədə Assembler proqramının nömrələnmiş sətirləri icra üçün hazır olur və göstərici ilk əmrə istiqamətlənir (şək.5.8).

12) Proqramın icrası prosesində SPR registrlərin və dəyişənlərin(GPR) vəziyyətini izləmək üçün əsas pəncərədə VIEW/WATCH əmri ilə WATCH pəncərəsi açılır. İzlənməli olan dəyişənlər və SPR-lər uyğun olaraq sağ və sol tərəfdəki çubuqlardan seçildikcə ADD SYMBOL və ADD SPR düymələri ilə daxil edilir (şək.5.8).


Bizi dəstəkləyənlər