Menu

Daxil olun Qeydiyyat

Mikrokontroller Texnikasi

PİC16Fxx mikrokontroller modellərinin daxili strukturu və yaddaşın təşkili

PİC16Fxx mikrokontroller modellərinin daxili strukturu və yaddaşın təşkili

PIC16F84A-nın daxili strukturu və PİC16Fxx kimi yüksək modellərdəki genişlənmələr şək.4.6-da verilir.8 bitli RİSC nüvəsindəki W akkumulyator- registri yalnız xüsusi təyinatlı registrlər kimi prosessorun mikroarxitekturuna daxil olur. Ümumi təyinatlı registrlərin funksiyasını isə proqramdakı lokal dəyişənlər yerinə yetirir. W –dən başqa prosessorun bütün registrləri verilənlər yaddaşının oyuqları kimi ünvanlaşdırılır.MK-nin daxili yaddaşı proqramlar üçün 1-8K həcmli FLASH və verilənlər üçün 256B-a qədər SRAM/EEPROM tipli yaddaş blokları ilə təşkil edlmişdir. PİC16Fxxx kimi yüksək modellərin periferiya bloklarına 2-3 ədəd coxfunksiyalı taymerlər,13-23 xətlərdən ibarət giriş-çıxış üçün A və B portları ,şinlərin idarəsi bloku daxildir. Bu modellərin daxili strukturuna həmçinin 8-12 bitli və 4-8 kanallı analoq-rəqəm çeviriciləri ,eləcə də SPİ,İ 2C ,USART kimi ardıcıl interfeys kontrolleri inteqrə edilir. PIC16F84A-nın xarici mühitlə əlaqəsi İNT,TOCK1 kəsilmə siqnalları ilə təmin edilir.Daxili bloklar arasındakı əlaqə 8 bitli daxili şin vasitəsilə təmin edilir.

PIC16F84A-nın DIP 18 gövdəsindəki pinlər üzrə siqnalları şək.4.7-də verilir. Digər yüksək modellərdə -DIP12/20/28 ,PLCC44 gövdələri tətbiq edilir.Burada RB0-RB7 xətləri PORTB-nin,RA0-RA4 isə PORTA-nın giriş-çıxışları kimi istifadəoluna bilər. MCLR-MK-nin xaricdən RESET edilmə girişi,OSC1-OSC2 isə takt siqnalları girişi və çıxışıdır. OSC2 çıxışından hasil edilən FCLK/4 tezlikli siqnalları xarici dövrələrə vermək olar.Burada FCLK- xarici takt siqnallarının tezliyidir.

Şək.4.8-də xarici takt siqnalları generatorunun və LED-lərin PIC16F84A –a qoşuıması sxemləri göstərilmişdir.Xarici rezonator MK-ə verilən takt siqnalları tezliyinin stabil saxlanılmasını təmin edir.MK-nin tətbiqindən asılı olaraq 4-20MHs- olan HS yüksək tezlikli, 5-200 KHs aşağı və 0-4MHs tezlikli siqnal mənbələri qoşula bilər.LED-lərin qoşulması üçün PORTA,PORTB-nin ayrı-ayrı xətləri istifadə edilir.Bunun üçün onlar öncədən çıxış kimi sazlanmalıdır. PIC16F84A-nın SRAM kimi yaradılan verilənlər yaddaşının 2 bankdan ibarət olmaqla təşkili şək.4.9-da göstərilmişdir. 00H-0BH və 80-8CH ünvanlarında MK-nin xüsusi təyinatlı SPR registrləri yerləşir və onlara bu ünvanlarla müraciət edilir.Bank0/1-nin 0CH və 8CH ünvanlarından başlayaraq ümumi təyinatlı GPR registrləri hər bankda 68 ədəd olmaqla yerləşdirilə bilər.0H və CFH –dan başlayaraq isə 32B hcmdə enerjidən asılı olmayan EEPROM oyuqları ünvanlanır. SPR registrləri MK-nin daxili strukturundakı blokların idarəsi üçün nəzərdə tutulmuşdur və yalnız onların proqramlanması üçün istifadə edilə bilər.İstifadəçi proqramlarının əvvəlində bu registrlərin verilənlər yaddaşındakı ünvanları avtomatik olaraq proqrama tanıdılmalıdır.Bunun üçün MPLAB İDE mühitində xüsusi İNCLUDE faylları nəzərdə tutulmuşdur.Proqram daxilindəki lokal dəyişənlər isə GPR-lər kimi 0CH-dan başlayaraq istifadəçi tərəfindən proqrama tanıdılır.

PİC16Fxx-nin daxili vəsiyyəti STATUS registrinin bitlərində əks etdirilir (şək.4.10) . Burada “C,DC,Z” kimi bayraqlar uyğun olaraq hesab əməliyyatlarından sonra “2-lik toplamadan sonra yaranan köçürmə,onluq öçürmə və sıfır nəticə ” əlamətlərini göstərir və avtomatik olaraq proqramın gedişində təyin edilir.PD biti MK-nin az enerji sərf edən rejimdə olduğuna işarə edir.TO biti avtomatik olaraq TMR0 taymeri dolarkən “1”-ə keçir,CLRWDT və SLEEP əmrləri ilə isə “0”-a düşür.Yaddaş banklarının qoşulması isə RP0,RP1 və İRP bitləri ilə idarə edilir. İRP bitinin vəziyyəti 2,yaxud 4 ədəd yaddaş banklarının istifadəsini göstərir.0-3 yaddaş banklarının fərdi kodları isə RP0,RP1 bitlərində verilir. PİC16F84 modelində yalnız 2 yaddaş bankı istifadə edildiyindən yalnız RP0 bitini təyin etmək kifayətdir.

PİC16F84-nin 1KB-lıq proqram yaddaşının strukturu şək.4.11-də verilir.00H-3FF kimi ünvanlaşdırılan bu sahənin hər bir oyuğunda PİC əmrlərinin 14 bitli kodları yazılır.


Bizi dəstəkləyənlər