Menu

Daxil olun Qeydiyyat

Mozilla Firefox

Hoppanan pəncərələr

Hoppanan pəncərələr

Saytları ziyarət edən zaman sizin istəyiniz və xəbəriniz olmadan qəflətən yaranan və qarşı planda açılan pəncərələr (Popups) bəzən istifadəçiyə müəyyən narahatçılıq yarada bilər. Firefox proqramında bu cür pəncərələrlə mübarizə imkanı mövcuddur. 
"Tools" menyusundan "Options" seçdikdən sonra, açılan pəncərədə "Web Features" hissəsini seçin. 

Hoppanan pəncərələri tamamilə bloklamaq istəsəniz, "Block Popup Windows" qutusunu aktivləşdirin. 
Bundan sonra, hoppanan pəncərələrdən istifadə edən hər hansı bir saytı ziyarət etdikdə, siz bu cür pəncərələrin bloklandığını xəbər verən məlumat pəncərəsini görəcəksiniz. Hər bir pəncərə bloklandıqda səyyahın aşağı sağ hissəsində müvafiq xəbərdarlıq işarəsi yaranacaq: 
 

Bir sıra saytların normal fəaliyyəti üçün hoppanan pəncərələrin istifadəsi mütləqdir. Hər hansı bir sayt üçün bu qadağanı aradan qaldırmaq üçün pəncərənin aşağı sağ küncündəki işarənin üzərində düyməni basaraq əldə etdiyiniz siyahıdan "Allow popups..." sətrindən istifadə edə bilərsiniz.
 


Bizi dəstəkləyənlər