Mozilla Firefox Qurucusu
Mozilla Firefox qurucusu Mozilla icmasının rəsmi istehsal etdiyi bir fayldır. Bir vahid faylda, proqramın istifadəsi üçün lazım olan fayllar və ilkin quraşdırılması üçün alətlər yerləşdirilib.
Faylı endirdikdən sonra, onu tapıb icra edin (bizim nümunədə faylın adı "MozillaFirefox-1.0.-Setup.exe") olmalıdır. Nəticədə belə bir pəncərə əldə etmiş olmalısınız:
Hər hansı digər proqram aktivdirsə, onları bağlamaq tövsiyə olunur. Bunu etdikdən sonra pəncərədəki "Next" düyməsini basın.
Növbəti səhifədə, istifadəçi razılaşması ilə tanış olmalı və razılaşmanı qəbul etməlisiniz. Razılaşmanı qəbul etdiyinizi "I accept the terms..." başlıqlı parametr elementini aktivləşdirməklə bildirirsiniz. Davam etmək üçün "Next" düyməsindən istifadə edin.
Növbəti pəncərədə proqramın hansı üsul ilə qurulmasını seçməlisiniz. Proqramı standart qurulma üsulundan fərqli olaraq qurmaq istəsəniz, yəni hansı komponentlərin əlavə olunmasını və proqramın hansı qovluğa qurulmasını özünüz seçmək istəsəniz, Custom variantını seçin, əks halda, seçimi Standart üzərində saxlayın
Qurucu Mozilla Firefox-un haraya qurulması haqqında sizə məlumat verəcək. Əksəriyyətinizdə qovluq, şəkildə verilən ilə eyni olmalıdır (C:\Program Files\Mozilla Firefox).
Yuxarıda gördüyünüz pəncərə proqramın tam qurulmasından xəbər verir. Firefox-u işə salmaqla qurulmanı başa çatdırmaq üçün, "Launch Mozilla Firefox now" seçimini aktiv saxlayaraq, Finish düyməsini basın.
Mozilla Firefox digər səyyah proqramlarından bir sıra parametr və məlumatını öz daxilinə idxal etmək funksiyasına malikdir. Bunlar "Seçilmişlər" qovluğu (Favorites), Bağlantı və təhlükəsizlik parametrləri, Cookie faylları, parollar və s. ola bilər. Bu əməliyyata başlamaq üçün "File" menyusundan "Import" seçin. Nəticədə belə bir pəncərə əldə edəcəksiniz
Bu mərhələdə, məlumatın hansı səyyahdan əldə olunması seçilir. Məsələn, əvvəl istifadə etdiyiniz səyyah Internet Explorer olarsa, müvafiq sətri seçin. Növbəti addımda hansı məlumatın idxal olunması təyin olunmalıdır:
Burada aşağıdakı məlumatın ixrac olunmasını seçə bilərsiniz:
"Next" düyməsi ilə əməliyyatı işə salın. Nəticədə aşağıdakı pəncərədə gördüyünüz kimi, müvəffəqiyyətlə idxal olunmuş obyektlərin siyahısı çıxacaq.