Menu

Daxil olun Qeydiyyat

Mozilla Firefox

Proqramın qurulması və quraşdırılması

Proqramın qurulması və quraşdırılması

İlk addımda Mozilla Firefox səyyahının ödənişsiz nüsxəsini əldə etməlisiniz. Proqramın qurucu faylı İnternet vasitəsi ilə endirilə bilər. Bu ünvana - http://mozilla.org/products/firefox/ - müraciət etdikdə, siz proqram məhsulunun ən son versiyasını endirmək üçün keçid tapa bilərsiniz. Bir sıra səbəblərdən, bu məqalədə birbaşa keçid verilmir, proqramın rəsmi səhifəsindən hansı versiyanı endirəcəyinizi özünüz müəyyən etsəniz yaxşı olar. Endirəcəyiniz faylın seçimi istifadə etdiyiniz əməliyyat sistemindən və bir sıra digər amillərdən asılıdır. 
Nümunə üçün, Windows üçün hazırlanan 1.0 versiyasının qurucu faylını endirib, ondan istifadə edəcəyik.
 


Bizi dəstəkləyənlər