Menu

Daxil olun Qeydiyyat

Mozilla Firefox

Vərəqlər funksionallığı

Vərəqlər funksionallığı

Mozilla Firefox proqramının istifadədə ən rahat olan funksiyalardan biridir. İstifadəçilərin əksəriyyəti (bəlkə də hamısı) eyni zamanda bir neçə saytı ziyarət edir. İnternet Explorer-dən istifadə etdikdə, bu, proqramın bir neçə nüsxəsinin paralel işləməsi deməkdir (ən azı tapşırıqlar lövhəsində belə göstərilir). Mozilla Firefox proqramına eyni proqram pəncərəsində bir neçə səhifəyə baxmağa imkan verən "vərəqlər" (tabs) funksiyası əlavə olunub. 
Mozilla Firefox səyyahını işə salaraq, klaviaturada "Ctrl+T" düymələrini eyni zamanda basın. Nəticədə eyni səyyah pəncərəsində növbəti vərəq yaratmış olacaqsınız.

Bir vərəqdən digərinə keçmək üçün şəkildə gördüyünüz vərəq başlıqlarından, klaviatura vasitəsi ilə isə "Ctrl+Tab" düymələrindən istifadə edə bilərsiniz. Yeni vərəq lazım olduqda "Ctrl+T" düymələrindən yenidən istifadə edə bilərsiniz. 
Səyyah proqramı işə düşdükdə bir neçə vərəqdə bir neçə saytın avtomatik yüklənməsini təmin etmək də mümkündür. "Home page" kimi tanınan imkan bütün səyyahlarda mövcuddur və proqramı ilk işə saldıqda yüklənəcək saytın ünvanını təyin etməyə imkan verir, Firefox-da isə "Home page" bir neçə vərəqdə eyni zamanda təyin oluna bilər. Bunu etmək üçün "Tools" menyusundan "Options" seçib "General" hissəsinə müraciət edin: 
 

Burada gördüyünüz "Home Page" hissəsində bir neçə ünvan daxil etmək üçün "|" (boru) işarəsi ilə ünvanları ayıra bilərsiniz. 
Bundan əlavə, gördüyünz kimi, bir sıra digər variantlardan istifadə edə bilərsiniz. Səyyahın boş səhifə ilə işə düşməsini istəsəniz, "Use Blank Page" düyməsini istifadə edin. Hal-hazırda ziyarət etdiyiniz saytı başlanğıc səhifə kimi qurmaq üçün "Use Current Page" düyməsindən faydalana bilərsiniz. Seçilmişlər (Bookmarks) siyahısından hər hanı bir ünvanı başlanğıc səhifə kimi qeyd etmək üçün "Use Bookmarks" düyməsindən istifadə edin. 
Vərəqlərin idarə olunması üçün bir sıra digər imkanlar mövcuddur. Hər hansı bir vərəq adının üzərində sağ düyməni basdıqda, şəkildə gördüyünüz siyahını əldə edəcəksiniz. 
 

Burada aşağıdakı əməliyyatları yerinə yetirə bilərsiniz:
New Tab – Yeni vərəq yaradır
Reload Tab – Cari vərəqin məzmununu yeniləyir (klaviaturada "Ctrl+R" istifadə edə biləsiniz)
Reload All Tabs – Bütün vərəqlərin məzmununu yeniləyir
Close Other Tabs – Cari vərəqdən başqa bütün vərəqləri bağlayır
Close Tab – Cari vərəqi bağlayır (klaviaturada "Ctrl+W" istifadə edə biləsiniz)


Bizi dəstəkləyənlər