CD
CD əmri: Əgər siz indi Windows Əməliyyatlar Sistemində işləyirsinizsə, onda bu sistemi çağırmaq üçün Start -> Run edir və orada "command" əmrini yazıb OK düyməsini sıxın. Bundan sonra, qara fonda bir pəncərə açılacaq, bu, MS-DOS-dur.
CD əmri bir qovluq irəli və ya geriyə çəkilmək üçün istifadə olunur.
CHDIR [disk:][qovluq] - yazılmış qovluğa daxil olmaq üçün
CHDIR [..] - bir qovluq yuxarı qalxmaq üçün
CD [disk:][qovluq] - yazılmış qovluğa daxil olmaq üçün
CD [..] - bir qovluq yuxarı qalxmaq üçün
Məs:
C:\>CD derslik
yazdıqdan sonra
C:\derslik>
olacaq.
C:\derslik>CD..
yazsaq
C:\>
olacaq.