Menu

Daxil olun Qeydiyyat

Norton Ghost vasitəsilə sistemin və proqramların bərpası

Disk təsvirinin yaradılması

Disk təsvirinin yaradılması

Proqram işə düşdükdən sonra "Local" menyusundan "Partition", sonra isə "To Image" seçin.

Çıxan pəncərədə təsviri yaradılacaq diski seçin və "OK" düyməsini basaraq əməliyyatı təstiqləyin. Disk daxilində bir neçə bölmə varsa, bölmə seçilməsi də mütləqdir.

 

Növbəti addımda təsvir faylının haraya yazılacağı seçilməlidir. Yeri seçdikdə, təsvir faylının həcmini nəzərə alın. Təsvir faylının həcmi adətən disk həcminin 50%-ini təşkil edir (1,1Gb həcmli diskin təsvir faylı 550Mb təşkil edəcək).

Pəncərənin "File Name" hissəsində təsvir faylı üçün ad seçin. Təsvir fayllarının uzantısı .GHO olaraq qeyd olunacaq. Təsvir faylının sıxılma rejimini də bu mərhələdə təyin edə bilərsiniz.

Sıxılma üç rejimdə seçilə bilər: No – Sıxılmasız, Fast – Adi sıxılma, High- Yüksək səviyyəli sıxılma.

Təsvir faylının digər diskdə, lent qurğusunda, şəbəkədə olan hər hansı bir fayl serverində və ya kompakt diskdə saxlanması məqsədəuyğundur.


Bizi dəstəkləyənlər