Menu

Daxil olun Qeydiyyat

Norton Ghost vasitəsilə sistemin və proqramların bərpası

Giriş

Giriş

Ghost proqramı disk və ya disk bölməsinin təsvirini yaratmaq və tətbiq etmək üçün istifadə olunur. Təsvir ("image") hər hansı bir diskin tərkibini, daxilindəki adi və gizli faylları və yüklənmə sektoru, habelə bir sıra digər adi nüsxələnmə ilə mümkün olmayan obyektlərin sıxılmış və ya adi nüsxəsidir. Diskin təsvirini bərpa etdikdə, kompüterin vəziyyəti diskin təsvirinin yaradılması tarixindəki vəziyyətə qayıdır.

Disk təsvirini yaratmaq üçün Norton Works dəstindən olan Ghost proqramından istifadə edəcəyik. Bu proqramım istifadəsi üçün ayrıca əməliyyat sistemi (PC-DOS) lazımdır (Ghost proqramının Windows üçün variantları da mövcuddur). Ghost proqramı əməliyyat sistemi ilə birlikdə bir disketdə yerləşir. Proqramı istifadə etmək üçün kompüteri bu disketdən yükləməliyik.

Lazım gəldikdə, sistemin disket qurğusundan yüklənməsini BIOS vasitəsilə tənzimləyin.

Bu məqsəd üçün kompüteri işə saldıqdan dərhal sonra F2 düyməsi ilə BIOS Quruluş proqramına daxil olun. Proqramın "Boot" hissəsindəki siyahıda "Removable Devices" sətrini birinci olaraq seçin. (Nümunədə Phoenix növlü BIOS sistemi göstərilib).

Sistem yükləndikdə, PC-DOS Norton Ghost proqramını avtomatik olaraq işə salır.


Bizi dəstəkləyənlər