PHP-də məlumatın tipləri. Tiplərin dəyişdirilməsi
Əvvəl deyildiyi kimi, PHP-də dəyişənlərin tipləri ilə bağlı özündə müəyyən elastiklik imkanı verir, proqram daxilində bir dəyişənlə həm yazını, həm də rəqəmi işləmək mümkündür. Lakin buna baxmayaraq, PHP-də əsas məlumat tiplərinin komplekti vardır, hansı ki, dəyişənlərlə bağlı işlərdə açıqcasına göstərilə bilərlər:
integer;
string;
boolean;
double;
array;
object;
Belə bir funksiya var: gettype(), hansı ki, PHP dəyişənə təyin etdiyi tipi geri qaytarır (sorğunu geri qaytarmaq):
<?php
$var = "5";
$var1 = "5";
echo(gettype($var));
echo "<br>";
echo(gettype($var1));
?>
Birinci halda PHP string geri qaytaracaq, ikinci halda integer.
Həmçinin belə bir funksiya da mövcuddur: settype(), hansı ki, tipi təyin etməyə imkan verir :
<?php
$var = "5";
echo(gettype($var));
settype($var,integer);
echo "<br>";
echo(gettype($var));
?>
Yuxarıda yazdığım kod, bundan əvvəlki kodun nəticəsi ilə eyni olacaq.
settype() funksiyasından başqa da PHP-də tipləri təyin etmək mümkündür. Belə ki, dəyişənin yeni tipini ona mənimsətmək lazımdır. Bunu etmək üçün aşağıdakı formada yazmaq lazımdır:
<?php
$var = (int)$var;
?>
Müvafiq olaraq, növbəti kodun yerinə yetirilməsi РНР-nin integer geri qaytarmasına səbəb olur:
<?php
$var = "5"; // tip string
$var = (int)$var; // int dəyişdiririk
echo(gettype($var));
?>