Menu

Daxil olun Qeydiyyat

PHP

PHP-nin imkanları

PHP-nin imkanları

- Verilənlər bazası ilə işləyən Web səhifələrin yaradılması üçün PHP ən əlverişli proqramlaşdırma dilidir. PHP Oracle, Adabas D, Sybase, FilePro, MySQL, Informix, Solid, dBase, ODBC və s.
- Proqramlara girişi təşkil etmək üçün xüsusi funksiyanın yaradılması və login/parolun qoyulması imkanları;
- PHP nəinki HTML-in kodunu, mətnini, eyni zamanda, müxtəlif formatlı (GIF, JPEG və ya PNG) şəkilləri emal edə bilir;
- PHP serverdən faylların daşınmasını təşkil edir. Bundan başqa, PHP yüklənən fayllara tam nəzarət edir və onun ölçülərinə məhdudiyyət qoya bilir, eyni zamanda, həmin faylları tam idarə edir;
- İstifadəçinin kompüterində brauzer vasitəsilə baxılmış fayllar haqqında (4kb) informasiya saxlayır. Belə informasiya "Cookie" adlanır. Cookie HTTP-nin başlığıdır. İstənilən göndərilən Cookie avtomatik olaraq PHP dəyişəninə çevrilir;
- İstənilən mətn sətirləri üzərində hər cür manipulyasiya aparmağa imkan verir.
- Lokal və ya Qlobal səviyyədə səhvləri müəyyən edə bilir və bu səhvlərin istifadəçiyə göstərə və ya göstərməyə bilər. Eyni zamanda, bu səhvləri elektron poçt vasitəsilə istənilən ünvana göndərə bilər.
- Elektron ünvanları idarə edir və istənilən məktubu istənilən ünvanlara göndərmək imkanı vardır.
- Sonda onu qeyd etmək olar ki, tam PHP vasitəsilə yaradılmış proqramlar yükləmə zamanı heç bir gecikmələrə yol vermir və normal fəaliyyət göstərir.


Bizi dəstəkləyənlər