Menu

Daxil olun Qeydiyyat

PHP

PHP-nin yaranma tarixi və imkanları

PHP-nin yaranma tarixi və imkanları

PHP dili 1994-cü ildə yaradılıb. Onun yaradıcısı Rasmus Lerdorf, ilk olaraq, bu dilin vasitəsilə sayta daxil olan ziyarətçilərin sayını müəyyən etməyi bacarıb.
Yaradıcının sözünə görə, dil demək olar ki, çox qısa zamanda yazılıb. Əvvəlcə proqram Perl dilində yazılaraq, sayt əlavəsinin interfeysindən ibarət olub. 
Proqram saytda daxil olan informasiyanın dinamik dəyişməsi funksiyasını yerinə yetirirdi. Ancaq yaradılmış proqram həddindən artıq yavaş işlədiyi üçün Rasmus Lerdorf proqramı yenidən işləmiş və əlavə olaraq dilə C/C++, Fortran, Perl, Java, Visual Basic imkanlarını daxil etmişdir. 
Bundan sonra, serverdən istifadə edənlər bu yeni dil ilə maraqlanmışdır. Beləliklə, PHP dilinin birinci versiyası yayılmağa başlamışdır. Artıq 1995-ci ildə bu dil rəsmi olaraq yayılmağa başlamış və PHP (Personal Home Page) adlandırılmışdır. 
Bununla belə, o vaxt bu dilin imkanları həddindən artıq aşağı olmuşdur. 1995–ci ilin ortalarında PHP-nin, inkşaf etdirilərək, ikinci versiyası yaradıldı. Bu versiyaya əlavə olaraq verilənlər bazası ilə işləmək imkanları daxil edildi. Beləliklə, PHP daim inkşaf etdirilərək 3-cü, 4-cü və hal-hazırda 5-ci versiyası yaradıldı. 
Bu gün PHP dili güclü imkanlara malik HTML səhifəsində xüsusi kodları emal edən bir proqramlaşdırma dilidir. Məhz bu dilin köməyi ilə saytları dinamik etmək olur. Bu dilin köməyi ilə yaradılmış fayllar serverdə yerləşir və orada emal olunur. İstifadəçi PHP kodlu səhifələrə müraciət edərsə, informasiya emal olunaraq istifadəçinin brauzerində görünür. 
Yuxarıda qeyd etdiyimiz kimi, PHP dilinin böyük imkanları ilə yanaşı, bir çox çatışmayan cəhətləri də mövcuddur. Ən böyük çatışmayan cəhət yaradılmış proqramın yavaş işləməsidir. C dili ilə müqayisədə bu dilin surəti dəfələrlə aşağıdır. Ancaq HTML səhifəsində bu dildən script-lər şəklində istifadə olduqda bu problem hiss olunmur. 
Bundan başqa, artıq PHP–nin 4.1 versiyasında yaradılmış kompilyator surətin kifayət qədər artırılmasına imkan verir. Ona görə bu versiyadan sonra PHP dili kompilyasiyası olan dillər qrupuna daxil edildi. Bununla yanaşı, dildə qismən interpretasiya etmək imkanı da saxlanılıb. 


Bizi dəstəkləyənlər