Menu

Daxil olun Qeydiyyat

PHP

PHP proqramlaşdırma

PHP proqramlaşdırma

PHP dilində proqramlaşdırma 2 üsul ilə yerinə yetirilə bilər: Web server əlavəsi kimi və ya Konsol proqramı kimi.
Biz əsasən birinci üsul üzrə proqramlara baxacağıq. Yəni brauzerin serverə müraciət edərək, yerinə yetirilən proqramın icrasına baxaq.
Beləliklə, brauzer .php tipli faylı serverdən yükləyir və nəticəni HTML kodu şəklində verir.
PHP kodunu HTML səhifəsinə daxil etmək üçün teqlərdən istifadə olunur və 4 formada, aşağıdakı şəkildə yazıla bilər:

1. XML stili:


<?php
...
?>

2. SGML stili:


<?
...
?>

3. HTML stili:


<script language="php">
...
</script>

4. ASP stili:


<%
...
%>

PHP dilində kodları HTML səhifəsində yazmaq üçün kodları aşağıdakı şəkildə daxil etmək lazımdır:


<?php
.....
?>

Qeyd etmək lazımdır ki, bu yazılışda "php" sözünü yazmamaq da olar.
Mətnləri və ya dəyişənlərin qiymətini ekrana vermək üçün "echo" əmrindən istifadə olunur. Burada əmrin böyük və ya kiçik hərflərlə yazılmasının heç bir fərqi yoxdur.
Nümunə:


<?php

echo "Salam, xoş gəlmisiniz.";

?>

PHP dilində dəyişənləri istənilən simvolla və ya simvol birləşmələri ilə işarə etmək olar. Ancaq birinci simvol rəqəm və ya altdan xətt işarəsi ola bilməz. 
Bu zaman dəyişən qarşısında $ işarəsi qoymaq lazımdır. Nəzərə almaq lazımdır ki, C dilində olduğu kimi, dəyişənin böyük və ya kiçik hərflərlə işarə edilməsində fərq vardır.


<?php

$a=5;
$b=6;
$y=$a+$b;
echo $y;

?>


Bizi dəstəkləyənlər